Tarix : 2018 Jun 24
Kod 55654

Yəmənlilər Hudaydah da toplaşaraq Səudiyyə rejiminin cinayətinə, BMT-nin susqunluğuna etiraz etdi –Foto

Yəmənin Hudaydah şəhərini əhatə edən Tihamah bölgəsinin sakinləri, cümə günü, Səudiyyə rejiminin liderlik etdiyi ABŞ, sionist israil, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İngiltərə və s. Qərb ölkələrindən ibarət koalisiyanın təcavüzünə etiraz etmək və bütün bu təcavüzlər, hərbi cinayətlər qarşısında susqunluqla duran Birləşmiş Millətlər Təşkilatını qınamaq məqsədilə ölkənin liman şəhəri olan Hudayda şəhərinin küçələrinə axışıblar.

Arannews-Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yəmənin Hudaydah şəhərini əhatə edən Tihamah bölgəsinin sakinləri, cümə günü, Səudiyyə rejiminin liderlik etdiyi ABŞ, sionist israil, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İngiltərə və s. Qərb ölkələrindən ibarət koalisiyanın təcavüzünə etiraz etmək və bütün bu təcavüzlər, hərbi cinayətlər qarşısında susqunluqla duran Birləşmiş Millətlər Təşkilatını qınamaq məqsədilə ölkənin liman şəhəri olan Hudayda şəhərinin küçələrinə axışıblar.

Etirazçılar Cümə günü verdikləri bəyanatda, Yəmən ordusuna və Könüllü Xalq Dəstələrindən ibarət olan komitələrə düşmən qüvvələri ilə mübarizədə uğurlar arzulayaraq onları Səudiyyə işğalçılarına və onların agentlərinə qarşı döyüşlərdə dəstəklərini vurğulayıblar.

 

  • Yazılıb
  • da (də) 2018 Jun 24
  • Göndərən مدير سايت Aran News