Tarix : 2018 Jun 25
Kod 55659

İranın tanınmış rejissorunun çəkdiyi “Məhəmməd (s) Rəsulullah” filmi Bakıda nümayiş olunacaq

İranın Bakıdakı mədəniyyət attaşesi Azərbaycan Respublikasında 27 iyundan 1 iyula kimi İranın mədəniyyət günləri keçiriləcəyini xəbər verərək deyib: “Mədəniyyət həftəsi münasibətilə İranın İslami İrşad və Mədəniyyət naziri Seyid Abbas Salehi yüksək səviyyəli heyətlə birgə Bakı və Gəncəyə səfər edəcək.”

AranNews – Əsğər Farsi şənbə günü Azərbaycan və İran medialarının iştirakı ilə keçirilən mətbuat konfransında mədəniyyət həftəsinin proqramlarını izah edərək deyib: “İranın Azərbaycan Respublikasında mədəniyyət günləri təşkil etməsi iki xalqın mədəni ortaqlıqlarını nümayiş etdirməkdir.”Mədəniyyət attaşesi əlavə edib: “İranlı incəsənət xadimlərinin ən iftixarlı incəsənət və əl işləri sənayesi əsərlərinin Bakının mərkəzi muzeyində nümayişi, İranın milli orkestrinin Bakı və Gəncə şəhərlərində icrası, İran kinosunun seçilmiş filmlərinin nümayişi, Bəndər-Abbas teatr qrupunun tamaşası İranın mədəniyyət günlərinin proqramlarına daxildir.”Ə. Farsi daha sonra deyib: “Dünya orkestrinin tanınmış rəhbərlərindən olan Firudin Şahbazyanın rəhbərliyi ilə İranın milli orkestri orta yaş həddi 25 yaş olan 40 nəfərlik qrupla bu həftənin çərşənbə günü Bakının Filarmoniya sarayında konsert icra edəcək.”Mədəniyyət attaşesi əlavə edib ki, İran milli orkestr qrupunun üçdə bir hissəsi qadınlardan ibarətdir və məşhur müğənni Salar Əqili onlarla birlikdədir.

Onun sözlərinə görə, İranın görkəmli rejissoru Məcid Məcidi də İranın Azərbaycanda mədəniyyət günləri münasibətilə Bakıya səfər edəcək və onun çəkdiyi “Məhəmməd (s) Rəsulullah” filmi cümə axşamı Bakıda nümayiş etdiriləcək.Ə. Farsi Bəndər-Abbas teatr heyətinin tamaşa nümayiş etdirəcəyindən də xəbər verərək deyib: “Bu teatr qrupunun “İlahi” komik filmi indiyədək Moskvada və Avropanın bir neçə şəhərində səhnəyə çıxıb və tamaşaçılar tərəfindən çox yaxşı qarşılanıb. Tamaşa cümə axşamı günü Bakı Musiqili Teatrda səhnəyə çıxacaq.”İranın Azərbaycandakı mədəniyyət attaşesi jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, İran mədəniyyət günləri Bakıdan əlavə, iki ölkənin mədəni ortaqlıqlarının simvolu kimi Gəncə şəhərində də keçiriləcək. Habelə, mədəniyyət günləri çərçivəsində iki ölkənin mədəni münasibətlərin genişləndirilməsi istiqamətidə film sahəsində də yeni əlaqələrin şahidi olacağıq.Ə. Farsi vurğulayıb: “Azərbaycan və İran rejissorlarının və aktyorlarının iştirakı ilə birgə film çəkilişlərinə başlanacaq. Filmin bir hissəsi Bakıda, digər hissəsi isə İranda çəkiləcək.”İran və Azərbaycan xalqları arasında tarixi və mədəni ortaqlıqlara toxunan mədəniyyət attaşesi deyib: “Hər iki xalq çətin və şad günlərdə bir-birinin yanında olub, bir birlərini dəstəkləyib.”İki ölkə arasında münasibətlərin genişlənməkdə olduğunu xatırladan Ə. Farsi deyib: “Ötən il Tehran, İsfahan və Ərdəbil şəhərlərində Azərbaycan mədəniyyət günləri keçirildi, bu ölkənin milli orkestr və teatrı İranda proqramlar icra etdi.”


  • Yazılıb
  • da (də) 2018 Jun 25
  • Göndərən مدير سايت Aran News