Tarix : 2008 Jun 30
Kod 5567

Ukrayna prezidenti Bakıdadır

Ukrayna dövlət başçısını hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb
Azerbaijan Servisi/Aran Agentliyi
Dünan  Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycana işgüzar səfəri başlayıb. Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Ukrayna dövlət başçısını hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb. Milli geyimli uşaqlar ölkə rəhbərinə gül dəstələri təqdim ediblər. Hava limanının ali qonaqlar üçün nəzərdə tutulmuş salonunda Viktor Yuşşenko və Yaqub Eyyubov arasında qısa protokol görüşü olub.
  • Yazılıb
  • da (də) 2008 Jun 30