Tarix : 2018 Jun 29
Kod 55695

Bu il 21 nəfər dərmandan zəhərlənib

Bu ilin əvvəlindən indiyədək dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı 21 nəfər Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib.

Arannews-İslaminSesi xəbər verir ki, bunu “Trend”ə mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib. 

Onun sözlərinə görə, dərmandan zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil: "Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir. Bu da sonda zəhərlənmə ilə nəticələnir". 

A.Maqsudov qeyd edib ki, bu ilin aprel ayından indiyədək 37 nəfər dəm qazından, 3 nəfər sirkə turşusundan zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib. Ölüm halları qeydə alınmayıb.

  • Yazılıb
  • da (də) 2018 Jun 29
  • Göndərən مدير سايت Aran News