Tarix : 2018 Jul 05
Kod 55762

Rusiya Dumasını üzvü: Dağlıq Qarabağ və ətraf 7 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır

Rusiya Dövlət Dumasının təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsi sədrinin müavini Dmitri Savelyev “Bakı-Moskva geopolitik münasibət” konfransında Azərbaycan Respublikasının Cənubi Qafqazda Rusiyanın müttəfiqi olmasına işarə etməklə yanaşı, Ermənistanın NATO-ya meyllənməsindən narazılıq ifadə edib.

AranNews-in “Anaj”-a istinadla verdiyi xəbərə görə, Rusiya Dövlət Dumasında hakim partiyanın nümayəndəsi, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədrinin müavini Dmitri Savelyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində keçirilən “Bakı-Moskva geopolitik münasibələr; Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir” konfransında çıxışında deyib: “Bu gün mən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində abadlıq, inkişaf və quruculuqdan başqa heç nə görmürəm və bu, bizi sevindirir.”

D. Savelyev daha sonra deyib: “Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş yeddi rayon Ermənistan tərəfindən azad edilməli və heç bir əlavə şərt irəli sürülmədən Azərbaycana qaytarılmalıdır. Ermənistanda baş verən hadisələr nəzərə alınsa, Azərbaycanın Rusiya üçün dəyəri ikiqat artır.”

Rusiyalı deputat vurğulayıb: “Azərbaycan nadir ölkələrdən biridir ki, burada rus dili inkişaf edir. Azərbaycan Rusiyanı Avropa Şurasında dəstəkləyir. Azərbaycan Rusiyanın Cənubi Qafqazda etibarlı müttəfiqidir. Baxmayaraq ki, biz Azərbaycana külli miqdarda silah satmışıq, amma bu, heç vaxt Rusiyanın öz əleyhinə yönələ bilməz. Ümid edirəm ki, Ermənistan müdrik olacaq və Qarabağ münaqişəsi öz həllini tapacaq. Məhz Dağlıq Qarabağ münaqişəsinin mövcudluğuna görə Ermənistan ölkəni dərin iqtisadi böhrana salan blokadadadır. Bu blokadadan çıxmağın şərti Qarabağ münaqişəsinin ədalətli həllidir. Ancaq təəssüf ki, hələlik Ermənistan hakimiyyəti bu reallığı başa düşmür.”

D. Savelyev çıxışının sonunda deyib: “SSRİ dağıldıqdan sonra Azərbaycan sürətlə inkişaf etsə də, Ermənistan geriləyib: Bu baxımdan Ermənistan torpaqları qaytarsa, onun öz iqtisadiyyatı üçün də mühüm addım olar. Rusiya Minsk Qrupunda Dağlıq Qarabağ münaqişəsi həlli istiqamətində daha fəal olmalıdır. Biz Ermənistanı da itirmək istəməzdik. Amma təəssüf ki, Ermənistan bunu düşünmək əvəzinə NATO ilə isti münasibətlərə can atır.”

  • Yazılıb
  • da (də) 2018 Jul 05
  • Göndərən مدير سايت Aran News