Tarix : 2018 Jul 06
Kod 55764

"Tramp Rusiyaya nüfuz və stasunu artırmağa yardım edir."

“The Miami Herald” qəzetinin jurnalisti bildirir ki, Tramp anti-Rusiya sanksiyalarının sərtləşdirilməsində maraqlı deyil. Rusiya Trampa saziş təklif edəcək: Rusiya Krımı özündə saxlayacaq, lakin Ukraynanın şərqindəki “müharibəyə son verəcək”, Putin isə ABŞ-ın Ukraynaya təzyiq göstərməsini və Ukraynaya NATO-ya girə bilməyəcəyini bəyan etməsini xahiş edəcək.
Aran Agentiliyi:  İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp münasibətlərin yaxşılaşmasına can atması ilə pərdələnərək, sanksiyalar və Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi işinin istintaqına baxmayaraq, əslində Rusiyaya öz nüfuz və statusunu artırmağa yardım edir.
“The Miami Herald” qəzetinin jurnalisti bildirir ki, Tramp anti-Rusiya sanksiyalarının sərtləşdirilməsində maraqlı deyil. Rusiya Trampa saziş təklif edəcək: Rusiya Krımı özündə saxlayacaq, lakin Ukraynanın şərqindəki “müharibəyə son verəcək”, Putin isə ABŞ-ın Ukraynaya təzyiq göstərməsini və Ukraynaya NATO-ya girə bilməyəcəyini bəyan etməsini xahiş edəcək.
ABŞ Konqresi 2017-ci ildə ABŞ düşməni olan Rusiya, Şimali Koreya və İran kimi ölkələrə qarşı qanunu təsdiq edib. Sözügedən qanunda sərt sanksiyaların zəruriliyi qeyd edilirdi. Tramp bu qanunu imzalasa da, onun “qeyri-konstitusion” olmasına dair qeyd etmişdi.
Jurnalistin fikrincə, Putinin “Ukrayanın tutmasına” mane olmaq üçün, ona edilən təzyiqin artırılması strategiyası da dəyişir. Ukrayna raketlər alsa da, ona sərt məhdudiyyətlər tətbiq edilir. ABŞ Ukraynaya raketləri pulsuz şəkildə tədarük etmək fikrində idi, lakin sonra ödənişin edilməsini istədi. Bu raketlər isə cəbhə xəttinə göndərilə bilməz və onlar tələbin olduğu yerlərdən çox uzaqda olmalıdır.
Bundan başqa, Putin istəyir ki, ABŞ “Şimal Axını - 2” xəttinin tikilişinə mane olacağına dair vədlərindən geri çəkilsin. Sözügedən axın isə ABŞ-ın Avropaya təbii qaz ixracına ciddi ziyan vuracaq.
 “Putinin təhlükəli oyununa” göz yummaq əvəzinə, Tramp təzyiqləri davam etdirərək, Rusiya neftinə daha sərt embarqo qoymalı və bankların imtiyazlarını ləğv etməli və amerikalılara Rusiya qiymətli kağızlarını almağı qadağan etməlidir.
“Tramp Putinin qarşısında borcludur. (Bunun) bütün əlamətləri göz qabağındadır.”, - deyə jurnalist sonda bildirib.

ABŞ qəzeti: Tramp Putinə borcludur
  • Yazılıb
  • da (də) 2018 Jul 06
  • Göndərən مدير سايت Aran News
Açar sözlər