Tarix : 2018 Jul 06
Kod 55766

Ruhani: ABŞ bütün dünyaya qarşı çıxır

İran prezidenti Amerikanın məqsədinin İran xalqını təcrid etmək olduğunu, ancaq buna görə ağır bədəl ödəyəcəyini vurğulayıb.
Aran Agentiliyi:  İslamazeri.com xəbər verir ki, İran prezidenti Həsən Ruhani getdiyi Avstriyada iranlılarla görüşündə Amerika rəhbərliyinin məqsədinin İran xalqını təcrid etmək olduğunu, ancaq buna görə ağır bədəl ödəmək məcburiyyətində qalacağını bildirib.
Ruhani Amerikanın ilk dəfə İran xalqına qarşı təxribat təşkil etmədiyini, bu gün İranın daha da birlik olması lazım olan şərtlərlə qarşı-qarşıya olduğunu ifadə edib.
Amerika və İsrailin daim İranla başqa ölkələrin əlaqələrini zəiflətməyə və ya tamamilə kəsməyə çalışdığını bildirən Ruhani, bu gün Amerikada bütün dünyaya qarşı çıxan bir qrupun işinə gəldiyini vurğulayıb.
  • Yazılıb
  • da (də) 2018 Jul 06
  • Göndərən مدير سايت Aran News
Açar sözlər