Aran Agentiliyi: İslamazeri.com-un YJC-yə istinadən verdiyi xəbərə əsasən, İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) “Sarallah” qərargahının rəis müavini İsmayıl Kövsəri bildirib ki, İran Hörmüz boğazı vasitəsilə başqa ölkələrə neft ixrac edilməsinin qarşısını almağa hazırdır.
“Əgər İran neftinin ixracının qarşısı alınarsa, biz Hörmüz boğazı vasitəsilə başqa ölkələrə neftin ixrac edilməsinə icazə verməyəcəyik.”, - deyə Kövsəri bildirib.
O həmçinin qeyd edib ki, dünya neftinin 20 faizi bu ərazidən keçir.