Tarix : 2018 Jul 08
Kod 55783

Siyasi məhbusdan ictimaiyyətə həyəcan dolu müraciət

Məni burda hər gün diri-diri öldürürlər
Arannews-İlkin Rüstəmzadə həbsxanada yaşadığı dəhşətli məhrumiyyətlərlə bağlı ictimaiyyətə müraciət edib
Müraciəti İlkin Rüstəmzadənin bacısı fb vasitəsilə yayıb:
“Artıq 6-cı ildir ki,həbsdəyəm.Və ilk dəfədir ki, özümü bu qədər gücsüz hiss edirəm. İlk dəfədir ki, dəstəyinizə bu qədər böyük ehtiyacım var. Artıq boğuluram, nəfəs ala bilmirəm. Məni burda hər gün diri-diri öldürürlər. Heç kimə tətbiq olunmayan ən sərt məhdudiyyətlər, ən xırda məsələlərə ilişmələr, gündəlik didişmək məcburiyyətində qaldığım hər cür təxribatlar. Bunlar hələ bir hissəsidir. Artıq hiss edirəm ki, gücüm çatmır. Əllərimi arxadan qandallayıb saçımı qırxdılar.
Sonra zabitlərdən bir neçəsi gəldi ki, sənə qarşı yanlışlıq olub. Sənə qarşı bir də heç nə olmayacaq. Sakitlik cəmi 1 ay çəkdi. Bir aydan sonra yenə ilişmələr. Sıra yoxlamasına niyə çıxmırsan? Çıxmışam! Gəl izahat yaz. Töhmət, get.
İsveçdə yaşayan dostuma zəng edirəm. Dərhal əməliyyatçılar gəlirlər. Bu haranın kodudur belə? Nə? İsveç? Xatalı ölkədir, olmaz. 2 ay əvvəl onurğamın üstündəki kistadan əməliyyat oldum. (Prezidentin imzalayacağı əfv sərəncamı ərəfəsi idi deyə mərhəmət dilənçisi kimi görünməmək üçün ailəmə 1 ay sonra məlumat verdim) Həkimin mənə əməliyyatdan sonrakı sözü: ”Bilirik əməliyyat olmusan, vəziyyətin də yaxşı deyil, amma yuxarıdan tibb hissəsində qalmağına icazə verilmir.”İnformasiya çıxışım tam məhdudlaşdırılıb. Tam güclərlə üstümə gəlirlər. Və bundan sonra nə olacağını bilmirəm.”/azadliq/
  • Yazılıb
  • da (də) 2018 Jul 08
  • Göndərən مدير سايت Aran News