Tarix : 2018 Jul 09
Kod 55791

Bakı: Gəncə şəhər icra hakiminə qarşı silahlı hücum terror hücumu olub

Azərbaycan Respublikasının daxili işlər nazirliyi, təhlükəsizlik xidməti və ədliyyə nazirliyi birgə bəyanat yayaraq, Gəncə şəhərinin icra hakimi Elmar Vəliyevə qarşı son silahlı hücumu öncədən planlaşdırılmış məqsədyönlü terror hücumu adlandırıblar.

Arannews-Gəncə şəhərinin icra hakimi çərşənbə axşamı günü Yunis Səfərov adlı bir şəxs tərəfindən edilən silahlı hücum nəticəsində yaralanıb və hazırda Bakı xəstəxanalarından birində müalicə olunmaqdadır.Bu silahlı hücumda həmçinin Gəncə şəhərinin icra hakimi Elmar Vəliyevin cangüdənlərindən biri yaralanıbdır.

AzərTac xəbər agentliyi dünən Azərbaycan Respublikasının daxili işlər nazirliyi, təhlükəsizlik xidməti və ədliyyə nazirliyinin birgə bəyanatına istinadla bu terror hərəkəti barədə təhqiqatın nəticələrini yayaraq iddia edibdir ki, Səfərov Rusiya vətəndaşı olub və 2016-cı ildə İrana da səfər edibdir.

Həmin bəyanata görə, Səfərov ötən çərşənbə axşamı günü Vəliyevi və onun cangüdənini öldürmək üçün Gəncə şəhərinin icra hakimiyyəti qarşısında atəş açıbdır.Bundan öncə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Gəncə şəhər icra hakiminə qarşı silahlı hücum məsələsinin araşdırılması və onun amillərinin müəyyənləşdirilməsinə təkid etmişdi.




  • Yazılıb
  • da (də) 2018 Jul 09
  • Göndərən مدير سايت Aran News