Tarix : 2018 Jul 09
Kod 55793

Dəməşqin müttəfiqləri sərhəddə; İsrail mühasirədə

Sionist rejimin “Maariv” qəzeti 6 iyulda yazdığı “İranlılar sərhəddə” başlıqlı məqaləsində Suriya ordusunun bu ölkənin cənubundakı irəliləyişlərinə toxunub.
Arannews-Qəzetin təhlilində Dəməşqin müttəfiqlərinin sərhəddə olduğu, sionistlərin qorxuya düşdüyü və onların rəhbərlərinin Təl-Əvivdə əmin-amanlığının təhlükəyə düşdüyü vurğulanır.
“Maariv” qəzeti açıqlayıb ki, artıq İran işğal olunmuş Fələstinin şimal sərhədlərində yerləşib, Dəra, Quneytərə və Qolan yüksəkliklərinin azad olunması ilə Təl-Əviv və Suriyadakı terrorçu qrupların bal ayı tezliklə sona çatacaq.Suriyanın cənubunda azadetmə əməliyyatları başa çatdıqdan sonra İsrail gələcək hədəf seçiləcək. Halbuki, İranın strateji məqsədi bu rejimi məhv etməkdir və İran İslam Respublikasının prezidenti Həsən Ruhani Cenevrədə bu məsələyə bir daha təkid etdi. Habelə, İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının Qüds qüvvələrinin komandiri general Qasim Süleymani də Ruhaniyə məktub yazaraq onun sionist rejim qarşısında mövqeini alqışladı.
“Maariv” təhlilində bildirir: “İran öz mövqeini müdafiədən hücuma dəyişmişdir. Bu məsələ ABŞ prezidenti Donald Trampın İrana qarşı rəhimsiz mövqeinə görədir. Ona görə də İran ABŞ-ın regiondakı bütün müttəfiqlərini, o cümlədən sionist rejimini regionda məhv etməkdir və bu məsələdə heç kəsi istisna etmir.”“Maariv” habelə vurğulayıb: “İranlılar Həmas və İslami Cihad hərəkatlarını dəstəkləməklə Fələstin ərazilərinin daxilinə doğru irəliləməkdədir. Habelə, Tehran təlaş edir ki, Qəzzə, Suriyanın şimalı, Livan və Babül-Məndəb istiqamətlərindən Təl-Əvivi mühasirəyə alsın.”

  • Yazılıb
  • da (də) 2018 Jul 09
  • Göndərən مدير سايت Aran News