Tarix : 2018 Jul 09
Kod 55794

Nigeriyalı Şiələr paytaxt küçələrində Şeyx Zəkzəkiyə azadlıq tələb etdi – Foto

Nümayişçilər Şeyx Zəkzəkinin heç bir ittiham irəli sürülmədən həbsdə saxlnılmasının onun səhhətinə pis təsir etdiyini və şeyxin səhhətinin pisləşməsinə görə Nigeriya rəhbərliyinin məsuliyyət daşıdığını bildiriblər.
Arannews-Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün 04 iyul tarixdə Nigeriya Şiələri paytaxt Abucada küçəyə çıxaraq Şeyx Zəkzəki və xanımı barədə federal ali məhkəmənin qəbul etdiyi qərarın icra olunmasını və şeyxin dərhal azadlığa buraxılmasını tələb ediblər.Nümayişçilər Şeyx Zəkzəkinin heç bir ittiham irəli sürülmədən həbsdə saxlnılmasının onun səhhətinə pis təsir etdiyini və şeyxin səhhətinin pisləşməsinə görə Nigeriya rəhbərliyinin məsuliyyət daşıdığını bildiriblər.Nümayişçilər tələbləri yerinə yetirilənə qədər etirazlarına davam edəcəklərini bildiriblər.

 


  • Yazılıb
  • da (də) 2018 Jul 09
  • Göndərən مدير سايت Aran News