Tarix : 2018 Jul 10
Kod 55796

"Bu məmurlar özlərini yığışdırmasalar, belə hadisələr daha çox olacaq"

Son bir neçə gündə Azərbaycanda baş verən hadisələr: Mingəçevirdə baş verən hadisə, ölkəboyu işığın kəsilməsi və bunun nəticəsində yaranan fəsadlar, Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin vurulması ictimaiyyətin, eləcə də sosial şəbəkələrin ən çox müzakirə olunan mövzusudur.
Arannews-Rakurs.tv saytı olaraq əhali arasında sorğu keçirərək "Hansı məmurdan narazısınız? Narazılığınızı ona necə ifadə edərsiniz?" sualı ilə müraciət etdik.
  • Yazılıb
  • da (də) 2018 Jul 10
  • Göndərən مدير سايت Aran News