Tarix : 2018 Jul 10
Kod 55800

İranlı rəsmi: Dövlət Bakı-Tehran əlaqələrinin inkişafına təkid edir

İran xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini dövlətin Azərbaycan Respublikası ilə ticari və siyasi əlaqələrin inkişafına təkid etdiyini bildirərək, deyib ki, İranın Astara limanı və dəmiryolunun inkişaf etdirilməsi iki ölkə əlaqələrini gücləndirəcəkdir.
Arannews-Qolamreza Ənsari bu gün Astara dəmiryolunun terminalı, gömrüyü, sahil zolağı və limanından baxış keçirərək, deyib: Azərbaycan Respublikası Astara-Rəşt dəmiryolunun təkmilləşdirilməsi üçün 500 milyon dollarlıq kredit ayırıb və Astara dəmiryolunun Rəştə qovuşması şimal-cənub dəhlizinin təkmilləşdirilməsində də təsirli olacaqdır.Şimal-cənub dəhlizi layihəsinin tam şəkildə icra edilməsi ilə Xəzər dənizinin şimal ölkələri İran vasitəsilə Fars Körfəzinə çıxacaqlar. İranın, həmçinin Asiyanın cənub və cənub-şərq ölkələrinin Xəzər dənizinin şimal ölkələri və Avropa ilə əlaqəsi də bu marşrutla müyəssər olacaqdır.Bu dəmiryolu dəhlizi Bəndər-Abbas-Qəzvin, Qəzvin-Rəşt, Rəşt-Astara, İran Astarasından  Azərbaycan Respublikası Astarasınadək, oradan da Rusiyaya və Avropanın şimal ölkələrinədək olan dəmiryolu marşrutuna şamil olur.Bu beynəlxalq dəhlizin işə salınması yüklərin daşınması xərcləri və məsafənin azalmasına səbəb olacaq.İran xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini əlavə edib: Astara dəmiryolu xəttindən Rusiyaya və Afrikanın şimalına  əmtəə mallarının köçürülməsi digər yollardan daha asan və azxərcli olacaq və bu dəmiryolunun genişləndirilməsilə region ticarəti və iqtisadiyyatında böyük dəyişiklik yaranacaqdır.İranın Gilan vilayətinin şimal-qərbində yerləşən Astara limanı və Azərbaycan Respublikasının sərhəd zolağı iki ölkənin ticarət mübadilələrinin əsas yollarından sayılır.

  • Yazılıb
  • da (də) 2018 Jul 10
  • Göndərən مدير سايت Aran News