Tarix : 2018 Jul 10
Kod 55802

Duqin: Rusiya, Türkiyə və İran ittifaqı dünyanın gələcəyini formalaşdıracaq

Rus strateq və politoloq Dr.Aleksandr Duqin Rusiya, Türkiyə və İranın bölgədəki əməkdaşlığının başda Suriya olmaqla regionda sülhün təmini üçün əhəmiyyətli olduğunu, bununla da ABŞ-ın bölgədəki komplolarının da uğursuzluğa məruz qaldığını bildirib.

Arannews-FaktXəbər-in məlumatına görə, İran dövlət televiziyasında yayımlanan “Sərhədsiz” proqramına qatılan Duqin, regional və qlobal məsələlər haqqında şərhlər səsləndirib.Türkiyə, Rusiya və İranın Suriyadakı böhranı başa çatdıraraq bu ölkədə sülh və sabitliyi təmin etmək üçün Astana prosesilə başladıqları əməkdaşlığın əhəmiyyətini vurğulayan Duqin, üç ölkənin əməkdaşlığı sayəsində ABŞ-ın bölgədəki nüfuzunu da itirməyə başladığına işarə belə deyib söyləyib:“Bu əməkdaşlıq dünyanın gələcəyini formalaşdıracaq. Avrasiya layihəsinin uğurla həyata keçirilməsi halında beynəlxalq cəmiyyət birqütblü sistemdən çoxqütblü quruluşa keçid edəcək və ABŞ-ın regional nüfuzu azalacaqdır”.ABŞ-ın nüvə müqaviləsindən çıxdıqdan sonra İrana tətbiq etməyə başladığı sanksiyalara diqqət çəkən Duqin, “ortaq düşmən” adlandırdığı ABŞ rəhbərliyinin sanksiyaları ilə mübarizə aparmaq üçün Tehran və Moskvanın əməkdaşlığını gücləndirməsi lazım olduğunu deyib.


  • Yazılıb
  • da (də) 2018 Jul 10
  • Göndərən مدير سايت Aran News