Tarix : 2018 Jul 10
Kod 55803

Aran Etzion: İranla müharibəni düşünmək belə çətindir

İsrailin milli təhlükəsizlik müşavirinin keçmiş müavini Aran Etzion İranla müharibəni xəyala belə gətirməyin çətin olduğunu açıqlayıb.

Arannews-İslamazeri.com xəbər verir ki, sionist siyasətçi bu açıqlamanı "Haaretz" qəzetinə verdiyi müsahibədə dilə gətirib.
Bu açıqlamanın Tel-Əviv rəhbərliyini hiddətləndirdiyi, Netanyahunun ofisinin açıqlamanı absurd və həqiqətdən uzaq qiymətləndirdiyi bildirilib.
Etzion ABŞ-ın əsgərlərini bölgədən çıxarmağa başladığını və ilk dəfə İsraillə İranın birbaşa hərbi toqquşmaya girdiklərini, bu müharibənin tam yekun bir müharibəyə çevrilə biləcəyini, ancaq "Hizbullah" da bu döyüşə girərsə İsraildə yaşanacaq ziyanın ölçülərinin indiyə qədər görünməmiş səviyyədə olacağını qeyd edib.

  • Yazılıb
  • da (də) 2018 Jul 10
  • Göndərən مدير سايت Aran News