Tarix : 2018 Jul 10
Kod 55805

Fitnəkarlığın müxtəlif yönlərini yetərincə tanımalı və tanıtdırmalıyıq

Düşünməyin ki, düşmən yalnız silahlı hücumla müdaxilə edir. Qarşı tərəf güclü olduqda hazırki şəraitdə İslam Respublikası kimi iqtidara çatdıqda silahlı təcavüz imkanları məhdudlaşır. Başa düşürlər ki, bu xalqa qalib gələ bilməyəcəklər.

Arannews-Bu zaman müdaxilə üsulunu dəyişirlər, nüfuz yolu seçirlər. Çalışırlar ki, milli münasibətləri qızışdırsınlar, ölkə daxilində problem yaratsınlar.Biz bu fitnəkarlığın müxtəlif yönlərini yetərincə tanımalı və tanıtdırmalıyıq. Bu bizim vəzifəmizdir.Bu gün hamı başa düşüb ki, artıq imperialist qüvvələr İslam Respublikası ilə keçmişdəki kimi rəftar edə bilməz. İnqilabın əvvəllərində güclərini yoxladılar, məğlub oldular. Əvvəlcə hərbi yola əl atdılar. Müdaxilə etmək istədilər, alınmadı. Çevriliş yoluna əl atdılar. Yenə məğlub oldular. Milli münasibətləri qızışdırdılar, bu sahədə də uğur qazanmadılar. İran İslam Respublikasını səkkiz illik müharibəyə cəlb etdilər, bu müharibədə də məğlub oldular. Artıq bu yolları seçəcəklərini düşünmürəm.

1 İnqilab keşikçiləri komandanları ilə görüş, 2016
2 İmam Həsən Müctəba (ə) qərargahında bəsic günü, 1991
3 Xibrə Məclisi üzvləri ilə görüş, 1999

Çox zəif ehtimal olunur. Amma biz bütün sahələrdə hazırlığımızı qorumalıyıq.
Bu gün imperializmin İslam Respublikasına qarşı variantlarında hərbi variant prioritet deyil. Artıq ideoloji müharibə, informasiya müharibəsi yolunu seçiblər.
İdeoloji müharibə silahlı müharibədən təhlükəsiz deyil. Silahlı müharibədə torpaqlar, ideoloji müharibədə mənəviyyat hədəfə alınır. İdeoloji müharibənin hədəfi cəmiyyətin imanı, inancı, əzm və iradəsi, prinsipləridir. Bu müharibədə düşmən etiqadları alt-üst etmək istəyir. Onlar bir cəmiyyətin sütunu olan etiqadları dağıtmaqla cəmiyyəti əsarətə almağa çalışırlar.

İdeoloji müharibədə artıq müharibə vasitələri də dəyişir. Silah-sursatı mədəniyyət vasitələri ilə əvəz edirlər. Yalan, şayiə səhnəyə gəlir. Müasir informasiya texnologiyalarından bəhrələnirlər. 30 il öncə bugünkü texnologiyalar yox idi. Bu gün ideoloji müharibə imkanları genişlənib. İdeoloji müharibədə insanların qəlbində və düşüncəsində ideallara bədbinlik yaratmaq, onları etiqadlarından ayırmaq əsas məqsəddir. İdeoloji müharibə cəmiyyətdə etimadsızlıq yaradır, insanların bir-birilərinə qarşı etimadı aradan qalxır. İxtilaflar güclənir. Bir bəhanə ilə cəmiyyətdə qarşıdurma yaradırlar. Bizdə seçkilərdə bu işi görüblər. Məlum hadisələr zamanı bir bəhanə ilə xalq arasında ixtilaf yaratdılar. Xoşbəxtlikdən insanlarımız bəsirətlidir. Əgər həmin hadisələr başqa ölkədə baş versəydi ölkəyə nəzarət itirilərdi. Beləcə etimadsızlıq yaradır, insanları bədbinləşdirir və cəmiyyəti etimad sütunundan məhrum edirlər.

1 Bəsic - könüllülərlə görüş, 1999
2 Xibrə Məclisi üzvləri ilə görüş, 1999
Cəmiyyətdə əlaltılarını işə salırlar, aranı qarışdırırlar ki, ölkə məsulları yaranmış vəziyyətdən baş aça bilməsin. Bu onların planlarının bir hissəsidir. Belə bir vəziyyətdə insan üçün ən mühüm olan nədir? Bəsirət! Dəfələrlə bəsirət barədə danışmışam. Baş verən hadisələrdən baş açmaq üçün bəsirət lazımdır. Aranı qarışdıran əli görmək üçün bəsirətli olmalıyıq. Bir xain, bir əlaltı, bir təxribatçı aranı qatanda onu cəmiyyət içində görə bilməliyik. Düşmən çalışır ki, onun cəmiyyətdəki çirkin əlini görən olmasın.

Bu sahədə onların təcrübələri var. Çox fəaliyyət göstərirlər. Əllərinin altında yüksək texnologiyalar mövcuddur. Biz düşmənin, düşmənçilik yönlərini ölçülərini görməliyik. Qələbə qazanmaq üçün bu çox zəruridir.

 Ayətullah Xamenei:

 Hazırladı:Hədəf14.az

  • Yazılıb
  • da (də) 2018 Jul 10
  • Göndərən مدير سايت Aran News