Tarix : 2018 Jul 11
Kod 55806

Suriyada ifratçı qruplar arasında mindən çox Azərbaycan vətəndaşı var

Azərbaycan Respublikasının təhlükəsizlik rəsmilərindən biri Suriyadakı toqquşmalarda iştirak üçün bu ölkənin mindən çox vətəndaşının Suriyada fəaliyyətindən xəbər verib.

Arannews-İRNA xəbər verir ki, Savad Mahmudov bu gün Bakıda keçirilən ifratçılıqla mübarizə yolları mövzusundakı iclasda etdiyi çıxışında deyib: Azərbaycan Respublikası vətəndaşlarının Suriyaya getmələrinin əsas səbəbi ifratçı qrupların sosial şəbəkələrdəki təbliğatlarıdır. Savad Mahmudov həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin ifratçılıqla mübarizə istiqamətində davamlı fəaliyyətlərə malik olduğunu bildirərək deyib: Cari ildə ifratçılığa meyilli olan 7 qeyri-qanuni dini qurumun fəaliyyətinin qarşısı alınıb. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədəd Quliyev də son vaxlar demişdi ki, son illərdə 84 Azərbaycan vətəndaşı Suriya və İraqda terror fəaliyyətlərinə görə həbs edilib və 54 nəfər də Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilibdir. 

  • Yazılıb
  • da (də) 2018 Jul 11
  • Göndərən مدير سايت Aran News