Tarix : 2018 Jul 11
Kod 55810

“ABŞ Türkiyəni İranla müharibəyə çəkmək istəyir”

Türkiyəli təqaüddə olan general-mayor Doktor Nəim Babüroğlu; ABŞ Suriyada YPG və F35 kimi kartlarla Türkiyəni İran əleyhinə olan cəbhəyə çəkmək istədiyini vurğulayıb.

Arannews-İslamazeri.com xəbər verir ki, "Twitter" səhifəsində paylaşdığı statusda, ABŞ-ın İranla müharibədə olduğunu deyən Əməkli General-mayor Doktor Nəim Babüroğlu belə yazıb "ABŞ İranla müharibədədir. 1) Ölkədə daxili qarışıqlıq yaratmaq. 2) Suriya və Yəməndə İranın gücünü sıfırlamaq. 3) Livan "Hizbullah"ını zəiflətmək. Tramp neft ixracatını sıfırlayaraq İranı çökdürmək istəyir. Türkiyənin neft idxalının yarısı İrandandır. ABŞ Türkiyəni məcbu edir".
Babüroğlu həmçinin: "ABŞ İrana qarşı açdığı cəbhədə, Səudiyyə Ərəbistanı, BƏƏ və İsraillə bərabərdir. Neft ixracatına mane olaraq İranı iqtisadi cəhətdən yıxmaq üçün S. Ərəbistanı gündəlik 2 milyon barreldən artıq neft hasil edəcək. ABŞ Suriyada YPG və F35 kimi kartlarla Türkiyəni İran əleyhinə cəbhəyə çəkmək istəyir" deyə əlavə edib.

  • Yazılıb
  • da (də) 2018 Jul 11
  • Göndərən مدير سايت Aran News