Tarix : 2018 Jul 11
Kod 55811

Əl-Husi: Yəmənə qarşı `İŞİD` və `Əl-Qaidə`dən istifadə edilir

"Ənsarullah" hərəkatının inqilab komitəsinin sədri Məhəmməd əl-Husi bəyan edib ki, Yəmənə qarşı aparılan müharibədə Suriyadan qaçan terrorçulardan istifadə olunur.

Arannews-Maide,Az "FaktXəbər "ə istinadən bildirir ki,  Məhəmməd Husi açıqlaması zamanı qeyd edib ki, Husilər Yəməni işğal etmək istəyən qüvvələrə qarşı döyüşdə İran istehsallı balistik raketlərindən istifadə etmir:"Əgər Yəməndə İran raketlərinin istifadə edildiyinə dair ABŞ-ın əlində dəlil olsaydı, onda Nikki Heyli  Hollivud oyununu nümayiş etdirməzdi (Heyli BMT Təhlükəsizlik Şurasının iclasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada atılan raketin bir parçasını gətirmişdi). Bu raketlər guya "Patriot" sistemləri tərəfindən vurulmuşdu. Məgər bu sistem raketləri bu qədər dəqiqliklə yox edə bilir? Koalisiya üzvü olan ölkələr qərəzli şəkildə İranın Yəmənə raket təmin etməsi barədə şayələr yayır. Bu, Yəmənə qarşı müharibəni davam etdirmək üçün bəhanə olaraq istifadə edilir. Koalisiya ölkələri Yəməni su, hava və qurudan mühasirəyə alıb. İran raketlərinin qaçaq yollarla gətirilməsi barədə son şayiə dalğası Yəmən limanlarına hücumlarla eyni zamanda gəldi. İndi Hudeyda limanı üçün mübarizə aparılır və bütün Yəmən gəmiləri saysız-hesabsız nəzarətlərdən keçir, bəzən onlar müsadirə də olunur. Ölkəyə sadə məhsullar buraxılmadığı təqdirdə, raket və silah bizə necə gələ bilər? Qadağan olunan siyahı 400 maddədən ibarətdir. Nəticədə bizim vətəndaşlarımız, silahla heç bir əlaqəsi olmayan bəzi dərmanları belə ala bilmir".

Məhəmməd əl-Husi həmçinin deyib ki, digər ölkələrdən terrorçuların Yəmənə gətirilməsi region üçün də təhlükə təşkil edir: "İmperialist qüvvələr məqsədlərinə çatmayıb və bundan əvvəl Əfqanıstanda olduğu kimi, yenə terrorçu qrupların yardımına müraciət edib. Suriyadan Yəmən sahillərinə qaçan terrorçular bu məqsəd üçün istifadə olunur. Beləliklə "İŞİD", "Əl-Qaidə" və "Cəncavilər" (Sudanda cinayətkar dəstələr) ABŞ-ın dəstək verdiyi BƏƏ və Səudiyyə Ərəbistanına xidmət etməyə başlayıb. Terrorçular pul, silah, təhsil və lazım olan dəstəyi alır. Bu barədə xəbərlər BBC kimi qlobal televiziya kanallarında gedir. Bu, bütün region və dünya üçün əsl təhdiddir"

  • Yazılıb
  • da (də) 2018 Jul 11
  • Göndərən مدير سايت Aran News