Tarix : 2018 Jul 11
Kod 55813

Seyid Həsən Nəsrullahın sözlərindən sonra minlərlə yəmənli cəbhəyə gəldi

Livanda dərc olunan “Al-Akhbar” qəzeti Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın Yəmən ilə bağlı son çıxışının Yəməndəki çevrələr və xalq üzərində böyük təsir yaratdığını və minlərlə insanın Hudeyda cəbhəsinə qəsbkarlarla mübarizə üçün axın etməsinə səbəb olduğunu bildirib.

Arannews-Deyerler.org Təsnimə istinadən xəbər verir ki, yəmənli müxtəlif mənbələr Al-Akhbar-a verdikləri açıqlamalarında, Hizbullah liderinin Yəmənin Qərb sahilindəki mübarizə ilə bağlı çıxışından sonra, yəmənli tayfalardan minlərlə könüllünün öz ölkələrinin suverenliyi və müstəqilliyini müdafiə etmək üçün Hudeydaya getdiklərini bildiriblər.
Həmin mənbələr, Hudeyda cəbhəsinə lazımından daha artıq mücahidin axın etdiyini vurğulayaraq, Yəmən ordusu və xalq qüvvələrinin komandanlığının ehtiyacdan artıq mücahidləri digər cəbhələrə göndərdiyini bildiriblər.
Açıqlamalarda Seyid Həsən Nəsrullahın çıxışının Yəmənin şimal vilayətlərində yerli radio, maşınlar və evlərdə əks-səda yaratdığı qeyd olunaraq, bu əks-sədanın müqavimətin Seyyidinə və 33 günlük müharibənin igid adamına verilmiş cəsarət medalı xarakterində olduğunu söyləyiblər.
Xatırladaq ki, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah bir müddət əvvəl etdiyi çıxışında, yəmənli mücahidlərə müraciətində belə demişdi: “Ey kaş sizin yanınızda olsaydım. Kaş bir mücahid olaraq sizin cəsur və əziz liderinizin bayrağı altında sizin mücahidlərin yanında bir mücahid olsaydım”.

  • Yazılıb
  • da (də) 2018 Jul 11
  • Göndərən مدير سايت Aran News