Xəbər Lenti

Türkiyə Taleh Bağırzadənin tərəfdarını tutub Azərbaycana təhvil verdi

Əlcəzair paytaxtında on minlərlə nəfər aksiya keçirib

İlham Əliyevin Novruz təbriki üzərində kiçik bir gəzişmə

Beyt-Ləhmdə bir fələstinli gənc şəhid olub

İran və Türkiyə xarici işlər nazirləri görüşüblər

Bakıda icazəsiz aksiyaya cəhd olub - saxlanılanlar var

İnqilab Rəhbəri: Avropalılar nüvə anlaşması məsələsində arxadan zərbə vurdular

Hənyə: Fələstinlilər 30 mart milyonluq yürüşünə hazırlaşırlar

Siyasi məhbus kimi tanınan daha 70 nəfər həbsdə qalıb

Bakıda jurnalistlərin nazirlərə hücumu

İran və Avropa Əlhudəydədə atəşkəsin icrasının önəmini vurğulayıblar

Azərbaycan İslam Partiyası xalqımızı Novruz bayramı münasibəti ilə təbrik etdi

Bakıda icazəsiz aksiyaya cəhd olub - saxlanılanlar var

Ötən gün 22 cinayətin üstü “isti izlər”lə açılıb

Suriyanın müdafiə naziri kürd yaraqlılara xəbərdarlıq edib

Əli Kərimliyə xarici pasport verilə bilər

Kürd yaraqlılar 3 Türkiyə əsgərini öldürüb

Ruhullah Axundzadə aclıq elan edib - SƏBƏB

İslam torpaqlarının işğalının davamında milliyyətçilik amili və maneələrinin araşdırılması konfransı-

buraxıldıAİP Hacı Əlikram Əliyevin il dönümü ilə bağlı başsağlığı verdi

Daha bir inanclı siyasi məhbus həbsdən buraxıldı

Fələstin: “Sionist rejimin Əl-Əqsa məscidi qərarına əməl etməyəcəyik”

Putin Ərdoğanı Krım Cümə məscidinin açılışına dəvət etdi

Jurnalist Anar Məmmədova hökm oxunub

Avropa İttifaqından Prezidentin əfv sərəncamına MÜNASİBƏT

Yəmənli qüvvələr Əsiri 5 ədəd raket ilə hədəfə aldılar

Allahşükür Paşazadə dindar məhkumların əfvi üçün müraciət edib - AÇIQLAMA

Tale Bağırzadənin müavini Elçin Qasımlı da azadlığa buraxıldı

İlham Əliyevin yerində olsaydım Hacı Mövsüm, Hacı Abgül, Hacı Tale

Masallıda novruz şənliyi

Siyasi məhbuslar azadlığa çıxdılar - Reportaj

Azərbaycan İslam Partiyası terrora etiraz bəyanatı yayıb

Bu gün İmam Cavadın mübarək mövlud günüdür

DSX: "Ermənistanla sərhədi pozan şəxs ruhi əsəb xəstəsidir"

Əfv sərəncamı Azərbaycanın “siyasi məhbus” problemini həll etdimi

Dejpəsənd: Tehran və Bakı iqtisadi əməkdaşlıqlar üçün mühüm qərarlar qəbul etdilər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Azərbaycan dindarları Yeni Zelandiyadakı terror aktı ilə bağlı müraciət yayıblar

"Bütün danışıqları dinlənilir" - Tale Bağırzadənin xanımı

Azərbaycan Prezidenti İranın iqtisadiyyat və maliyyə işləri üzrə nazirini qəbul edib

Arxiv
 
Tarix : 2018 iyl 12     |     Kod : 55816

Hüquq müdafiəçiləri siyasi məhbuslara təzyiqdən və qanunsuz həbslərdən narahatlıqlarını bildiriblər

"Son zamanlar baş verən qanunsuz həbslər və repressiyalar bizi narahat edir. Rəsmi qurumların bütün hərəkətləri qanun daxilində olmalıdır".

Arannews-Bu barədə iyulun 11-də Siyasi Məhbusların Hüquqlarını Müdafiə Mərkəzinin Müsavat Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında qurumun rəhbəri Oqtay Gülalıyev bildirib.Mətbuat konfransında hüquq müdafiəçiləri və məhbus ailələri iştirak ediblər.Gülalıyev iyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkənin elektrik enerjisi təchizatnda yaranmlış fasilələri və həmin gün Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı hücumu xatırladaraq deyib ki, son günlər ictimai-siyasi vəziyyətin gərginləşməsi fonunda çoxsaylı həbslər həyata keçirilib."Rəsmi məlumatlara görə, Gəncədə baş verən hadisələrlə bağı azı 52 nəfər həbs edilib. Amma qeyri-rəsmi mənbələrin məlumatına görə, həbs edilənlərin sayı 100 nəfər civarındadır və hazırda həbslər davam etdirilir", deyə o qeyd edib.Hüquq müdafiəçisnin firkincə, Elmar Vəliyevə qarşı sui-qəsddən sonra onu tənqid edənlərin və sui-qəsddə günahlandırılan Yunis Səfərovu müdafiə edənlərin, həmçinin hökuməti tənqid edənlərin həbsi həyata keçirilib. Bununla yanaşı, bir neçə internet saytının rəhbərlərinə qarşı cinayət işi qaldırılıb, azı 4 sayta giriş bloklanıb.Gülalıyev bildirib ki, hüquq müdafiə təşkilatları qarşıdurmanın, qan tökülməsinin əleyhinədir."Amma Gəncədə baş verənlər çox müəmmalıdır. Hadisə ilə bağlı rəsmi məlumatlar insanları inandıra bilmir. Müstəqil media məhv edildiyindən hadisə yerində müstəqil media təmsilçilərinin çəkilişi olmayıb. İstintaq orqanları da hadisənin baş verdiyi anı əks etdirən hər hansı video təqdim etmir. Elə isə, sual yaranır. Necə olur ki, hüquq-mühafizə orqanları müxalifətin minlərlə insanın iştirak etdiyi aksiyalarında təhlükəsizliyi təmin edir, hər bir insana nəzarət edə bilir, amma Gəncədə İcra Hakimiyyətinin qarşısında 150-200 nəfərin iştirak etdiyi aksiyada təhlükəsizliyi təmin edə bilmir? İki yüksək rütbəli polis zabiti öldürülür. Bunlar müəmmadır", deyə o qeyd edib.Mətbuat konfransında həmçinin hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi şəxslərə qarşı həbs yerlərində son dövrlər işgəncələrə yol verildiyi diqqətə çatdırılıb.Mətbuat konfransında NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı İlkin Rüstəmzadənin atası Bakir Rüstəmzadə bildirib ki, oğluna qarşı pis rəftara son qoyulmalı və o, azadlığa buraxılmalıdır."Mən bu günlərdə İlkinin saxlanıldığı cəzaçəkmə müəssisəsinin rəisi ilə görüşmüşəm. O, İlkinə qarşı qeyri-insani rəftatın olmadığını bildirir. Amma İlkin telefonla zəng edərkən onun yanında dururlar, kiminlə danışdığı ilə maraqlanırlar. Rəis məninlə görüşsə də, İlkin Rüstəmzadə ilə görüşümə imkan yaratmadı", deyə o qeyd edib.Jurnalist Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə Növrəsli deyib ki, jurnalistin ciddi xəstəlikləri var, lakin onu müalicə müəssisəsinə köçürmürlər.Bloger Rəşad Ramazanovun həyat yoldaşı Könül İsmayılova blogerin daim mənəvi təzyiqlərə məruz qaldığını və hətta ona qarşı fiziki təzyiqin olduğunu deyib. Onun sözlərinə görə, həyat yoladaşına kitablar verməyə imkan verilmir, onun əlyazmaları əlindən alınır.Jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova bildirib ki, Əfqan Sadıqov iyulun 7-də Cəlilabadda həbs edilib. Ona 30 sutka həbs verilib."Əfqan Sadıqov bu ilin mayında həbsdən çıxıb. Onun heç bir günahı olmadığı halda 30 sutka həbs veriblər. Mən və vəkil indiyədək Əfqanın harada saxlanıldığını öyrənə bilmirik. İnsan tutulanda onun ailəsinə xəbər verilməlidir", deyə o qeyd edib.

Turan


Açar sözlər : 

Yazılıb da (də)   2018 iyl 12  Saat  08   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin