Xəbər Lenti

“Nar və ənar” filmi azəri dilinə tərcümə edildi

Təhminə Milani Rusiya Film Festivalının münsifələr heyətinin sədri seçildi

İrlandiyadan İsrailə satış və idxal boykotu

Azərbaycan xalqı müalicə üçün ilk olaraq İranı seçir

Lavrov: Putinlə Trampın görüşü superdən də yaxşı keçdi

Yəmən sərhədində dörd səud hərbçisi məhv edilib

Paşinyanın Brüssel səfəri, Ermənistanın “Kreml və NATO” ikili siyasəti

“İran ABŞ-dan başqa hər kəslə münasibətləri gücləndirməlidir”

Ərdoğan və Tramp Suriyanı müzakirə etdi

İran-Azərbaycan R. ticarət mübadilələri həcmi iki milyard dollarədək artıb

Ali Məhkəməsinin Plenumu İlqar Məmmədov barəsindəki qərarı ləğv etdi

İraqın baş naziri xalq arasındakı narazılıqları azaltmaq üçün 7 bəndlik fərman imzalayıb

Erməni təxribatının qarşısı alınıb, 1 nəfər əsir götürülüb

İsrail hava müdafiəsi ikinci dəfə “Patriot” raketi atıb

Suriya ordusu 7 il sonra Dərəada

Türkiyənin İrana 200 milyon dollar elektrik borcu var

Azərbaycan silahlı qüvvələri bir Ermənistan hərbçisini əsir alıblar

İran və Azərbaycan arasında yeni gömrük əməkdaşlıqları

Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib

Seyid Əbdülməlik Əl-Husi: “ABŞ və İsrail rejimi İslam ümməti üzərində hakimiyyət qurmaq istəyir”

Ərəb başçılarının xaltaları Trampın əlində

Yəmən ordusu Səud ittifaqını balistik raketlə vurdu

Putin: Netanyahu Dünya Kubokunu seyr etməyə gəlmişdi

Azərbaycanda nazir daha 20-ə yaxın adamı işdən çıxartdı - SİYAHI

Rusiyadan baxış: Ərdoğan Azərbaycana sədaqətini sübut etdi

“Şikəst etdikləri birini həbsə göndərmək

Paşinyan Mnatsakanyan-Məmmədyarov görüşünü irəliləyiş hesab etmir

Tale Bağırzadə: "Əbülfəz Bünyadovla bağlı verilən qərar insanlıqdan kənar hərəkətdir"

Ali dini rəhbər Livanın Hizbullah hərəkatının qazilərilə görüşdü

Qüds Müftisindən mühüm fətva: Sionistlərə torpaq satmaq haramdır

Yəmən ordusu Ərəbistanın bir ədəd qırıcısını vurdu

Paşinyan: Əliyev demokratik proseslərin Ermənistandan Azərbaycana keçəcəyinə ehtiyat edir

İranın səhiyyə naziri Azərbaycan prezidenti ilə görüşüb

Azərbaycan-R XİN Nikol Paşinyana cavab verdi

Əfqan Sadıqovun apellyasiya şikayəti təmin olunmayıb

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

İsrailin başı dərddə… Hizbullah – dünyada ən böyük silah arsenalına malik qeyri dövlət təşkilatıdır

Şeyx Zəkzakinin səhhəti pisləşib

İsrail Ən-Nusra istiqamətdə irəliləyən Suriya Ordusuna aviazərbələr endirib

Xəzəryanı ölkələrin sammiti Aktauda keçiriləcək

Arxiv
 
Tarix : 2018 İyul 12     |     Kod : 55819

Əbülfəz Bünyadov məhkəmə zalında həbs edilib

2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin öldüyü polis əməliyyatının keçirildiyi evin sahibi Əbülfəz Bünyadov özü də həmin əməliyyatda onurğasından güllələnərək iflic olmuşdu.

Arannews-Həmin əməliyyatda həbs olunan Ə.Bünyadov kənar şəxslərin köməyi olmadan, hətta yataqda çevrilə də bilmir. Ona görə də 1 il 1 ay həbsdə saxlandıqdan sonra polis nəzarətinə vermə qətimkan tədbiri ilə evə buraxılmışdı.

“Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvü Ə.Bünyadov iyulun 11-də yenidən həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə çıxarılan hökmə əsasən, o, 15 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasının ilk üç ilini həbsxana, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.Hökm oxunmamışdan əvvəl digər təqsirləndirilən Elxan İsgəndərov son sözünü deyib.E.İsgəndərov “Müsəlman Birliyi” Hərəkatının üzvüdür. O, 2015-ci il noyabrın 5-də təşkilatın sədr müavini Elçin Qasımovun saxlanılarkən onun azadlığa buraxılması tələbilə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən etiraz aksiyasına görə həbs olunub. O, kütləvi iğtişaşların təşkili, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s. maddələrlə ittiham olunur.

E.İsgəndərov həmin aksiyadan sonra həbs olunub və ona 30 sutka inzibati həbs cəzası verilib. Həbsdən çıxandan sonra ölkəni tərk edən E.İsgəndərov haqqında elə həmin aksiyaya görə bu dəfə cinayət işi başlanıb, özü də axtarışa verilib. E.İsgəndərov 2017-ci ilin martında həbs olunub.E.İsgəndərov məhkəmədə son sözündə bildirib ki, ittihamda yazılanların hamısı yalandır. Onun sözlərinə görə, prokuror, hakimlər də daxil, hamı bilir ki, ittihamlar saxtadır. Dörd il Azərbaycan Dövlət Neft Şirkətində işlədiyini, yaxşı xidmətinə görə təltif olunduğunu deyən E.İsgəndərov müxtəlif idman yarışlarında Azərbaycan bayrağını ucaltdığını da vurğulayıb. E.İsgəndərov idman məşqçisi kimi də fəaliyyət göstərib.E.İsgəndərov qeyd edib ki, polislərə xəsarət yetirməsi, müqavimət göstərməsi barədə ittihamda yazılanlar da şər-böhtandır: "Polislər də bizim qardaşlarımızdır. Mən onlara əl qaldırmaram".E.İsgəndərovun son sözündən sonra Əfqan Hacıyev, Fikrət Qəribov və Rasim Sadıqovdan ibarət hakimlər kollegiyası müşavirəyə gedib. Təxminən on dəqiqəlik müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, Ə.Bünyadov 15, E.İsgəndərov isə 14 il azadlıqdan məhrum edilib.

Hökmdən apelyasiya şikayəti veriləcək.Ə.Bünyadov da məhkəmədə son sözündə ittihamların saxta olduğunu, heç bir cinayət törətmədiyini bildirmişdi. Onun sözlərinə görə, həmin gün polislər əliyalın adamlara hücum edib və ölənlərin hamısını da özləri güllələyiblər:"Mən ömrümü yaşamışam artıq. Bu vəziyyətdə uzun yaşamayacam. Mən heç bir cinayət törətməmişəm. Biz siyasi, dini baxışlarımıza görə cəzalandırılmışıq. Biz istəmişik ki, ölkədə korrupsiya olmasın, kasıbların əsgər balları ölməsin, bir dəfə də deputatın, nazirin balası şəhid olsun..." (Rakurs TV)



Açar sözlər : 

Yazılıb da (də)   2018 İyul 12  Saat  08   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin