Tarix : 2018 Jul 12
Kod 55820

Ərdoğan və Əliyev ikitərəfli əməkdaşlıqların inkişafını istəyiblər

Azərbaycan Respublikası və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda birgə mətbuat konfransında ikitərəfli əməkdaşlıqların genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Arannews-Mətbuat konfransında İlham Əliyev iki ölkə arasında iqtisadiyyat daxil olmaqla müxtəlif sahələrdəki əlaqələr səviyyəsindən razılıq ifadə edərək deyib: "Azərbaycan bu günədək Türkiyəyə 13,9 milyard dollar, türk şirkətlər də Azərbaycana 12 milyard dollar sərmayə qoyublar.Əliyev həmçinin Azərbaycan Respublikası ilə Türkiyə arasında energetika sahəsindəki əməkdaşlığı təsirli adlandırıb və Azərbaycan Respublikasının təbii qazını Avropaya nəql etmək üçün Türkiyə ərazisində Trans-Anadolu(TANAP) boru kəmərinin işə salınmasını onun nişanəsi adlandırıb.İlham Əliyev həmçinin Ankaranın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyini yüksək qiymətləndirib.Türkiyə prezidenti də bu mətbuat konfransında bildirib ki, Ankara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəzifələrini yerinə yetirib və bu prosesi davam etdirəcəkdir.Ərdoğan Naxçıvan ilə Türkiyə arasında quru yolu əlaqəsi ilə bağlı problemlərin aradan qaldırıldığını bildirərək, Naxçıvan sakinlərinin sərhəd bölgələrində yerləşən Türkiyə xəstəxanalarının imkanlarından faydalana biləcəklərini qeyd edib.Türkiyə prezidenti 24 iyun seçkilərində qalib gəldikdən sonra ilk xarici səfərində dünən Azərbaycan Respublikasına səfər edibdir.



  • Yazılıb
  • da (də) 2018 Jul 12
  • Göndərən مدير سايت Aran News