Xəbər Lenti

Axtarışda olan 40 nəfər saxlanılıb

Türkiyə İsrail ilə əlaqələrini kəsməyə çağırılıb

Azərbaycanın Xəzər məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin edilib

Qarabağda şəhid edilən Axısqa türkləri - SİYAHI

Saakaşvili gürcüstanlılara çağırış etdi

Ayətullahul-üzma Seyid Əli Xamenei: “Dünyadakı müharibə iradələr müharibəsidir”

Fələstinlilər Qəzza zolağında İsrail üzərindəki qələbələrini qeyd etdilər – Foto

İlham Əliyev Fələstin Prezidenti Mahmud Abbasa məktub göndərdi

Seçkilərin ikinci turu 28 Noyabrda keçriləcək

Əl-Husi: Artıq dünya kimin sülhə qarşı olduğunu bilməlidir

İsrailin Qəzzaya hücumu Səudiyyənin sifarişi olub

Suriya prezidenti Suveydada azad olan druz girovlarla görüşüb

Gözəl Bayramlının cəzası azaldılıb

''Həbs olunan 4 MAXE-ni zorlayıb, işgəncə veriblər''

Gürcüstanda prezident seçkilərinin ikinci turunun tarixi açıqlandı

İran və Azərbaycan arasında Karnetir gömrük layihəsi icra edilir

Gürcüstanın Azərbaycana borcu açıqlandı

Türkiyədə İsrail əlehyinə aksiya keçirilib - FOTO

Nemət Pənahlı azadlığa çıxdı

Həmas: Əgər Netanyahu hücumları dayandırmağımızı istəyirsə

Əl-Husi: ABŞ-ın sülh çağırışları gözdən pərdə asmaqdır

İraq rəsmisi:"Sanksiyalara baxmayaraq, İranla ticarət artıb"

"Beynəlxalq ictimaiyyət İsrailə qarşı hərəkətə keçməlidir"- Türkiyə rəsmisi

Həmsədrlər Azərbaycan-R və Ermənistan XİN başçılarına Milanda görüşməyi təklif edib

Avropa Məhkəməsi Əvəz Zeynalı ilə bağlı şikayəti araşdırır

Həbsdə olan inanclı insanların problemləri müzakirə edildi - FOTO

Paşinyanın rəqibi bəlli oldu – Sərkisyanın partiyası namizədini açıqladı

Azərbaycan və İran tibb universitetləri arasında əməkdaşlıq yolları müzakirə edilib

Prokuror Aslan İsmayılova iki il islah işləri və pul cəzası istədi

Seyid Həsən Nəsrullah: “Kaşıkçının ölümündən şok olan dünya, Yəmənə biganədir

“Həşdi-Şaabi”: İraq-Suriya sərhədlərində bütün gücümüzlə varıq

Yəməndə son 48 saata 180 səudiyyəli əsgər məhv edilib

Azərbaycan-R XİN Nikol Paşinyana cavab verib

Azərbaycan Respublikasından olan vətənpərvər bir gənc Gürcüstanda həbs olunub

İstanbulda Yəmənə görə Səudiyyəyə qarşı etiraz aksiyası keçirilib (FOTO

Nardaran məhbusunun atası: “Heç əsirlikdə olanla belə davranmırlar” Featured

Ermənistanın sabiq müdafiə naziri Bakıya iki dəfə zəng edib

İsrail 8 yaşlı fələstinli uşağı həbs etdi

Hikmət Hacıyev: Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması

Arxiv
 
Tarix : 2018 iyl 13     |     Kod : 55825

Qafqaz Müsəlmanları İdarəsi Gəncədə baş verən hadisələrlə bağlı bəyənat yaydı

Qafqaz Müsəlmanları İdarəsi Gəncədə baş verən hadisələrlə bağlı bəyənat yayıb.

Arannews-İdarədən İslamazeri.com-a verilən məlumata görə, bəyənat mətnində deyilir:

"Son günlər Gəncə şəhərində baş verən qətl və terror hadisələrini dərin təəssüf və ciddi narahatlıq hissi ilə qarşılayırıq. Hiddət doğuran odur ki, Vətənimizdə hökm sürən sabitlik və əmin-amanlıq, tərəqqi və quruculuq işlərinə, habelə xarici siyasət sahəsində uğurlarımıza və Haqq mübarizəmizdə qələbələrimizə kölgə salmaq niyyəti güdən bəzi qüvvələr həm xaricdə, həm də daxildə məkrli niyyətlərini cidd-cəhdlə çalışırlar. Bu cinayət əməllərində Allahın yaratdığı insanın qətlə yetirilmə bütün bəşəriyyətə qarşı ağır cinayət kimi dəyərləndirən müqəddəs İslam dinimizin adından sui-istifadə olunması isə qətiyyən yolverilməzdir.Azərbaycanın din xadimləri və dindarlarının mövqeyini ifadə edərək, baş verən hadisələri dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir, bunu ölkəmizə düşmən olan bəzi qüvvələrin xaricdən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq cəhdi kimi qiymətləndiririk. Ölkəmizdə mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə aksiyalara cəlb etmək üçün dini şüarlarla çağırışlar edilməsini dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə qarşı təxribat kimi dəyərləndirir, din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların cəmiyyətdə iğtişaşlara təhrik etməsini dövlətə qarşı terror, İslami dəyərlərimizə zidd hesab edirik. Terrorçunun isə dini olmur.Bu hadisələr zamanı ictimai asayişin keşiyində duran, xidməti vəzifələrini yerinə yetirərkən yaralanmış qardaşlarımıza Allah-Taaladan şəfa diləyir və şəhidlərimizə rəhmət deyərək ailələrinə dərin hüznlə başsağlığı veririk.

Ümidvarıq ki, insan həyatına ali qiymət verən İslam dininin humanist dəyərlərinə zidd olaraq həyata keçirilən qətl və sui-qəsd hallarını kimliyindən asılı olmayaraq törədənlərin, məscidlərimizi dağıdan erməni ekstremistlərinin dəyirmanına su tökənlərin dövlətçiliyimizə təhlükə yaratmaq məqsədi güdən əməllərinə ciddi hüquqi qiymət veriləcəkdir.Azərbaycan dindarları daima dövlətçiliyimizə sadiqdirlər. Din xadimləri, dindarlar hüquqi-demokratik dövlət olan Azərbaycan Respublikasının vətəndaşları olaraq qanunun aliliyini qəbul edir, ictimai-siyasi sabitliyi, davamlı sosial-iqtisadi tərəqqini və bunun təminatçısı olan möhtərəm dövlət başçımızı dəstəkləyirlər. Milli-mənəvi dəyərlərimizə ali diqqət və qayğı göstərən dövlət başçımızın siyasətini dəstəkləyən dindarlar dövlətin bu kimi təxribatların qarşısının qətiyyətlə alınması istiqamətində səylərini dəstəkləyirlər. Biz vətəndaşları, dindarları, xüsusən, gəncləri dövlətçiliyimizə qarşı yönləndirilən təxribat və məkrli çağırışlara uymamağa çağırırıq. Din xadimlərimiz xaricdən məkrlə yönləndirilən belə təxribatların mahiyyətini öz moizələrində xalqa çatdırmalıdırlar.Əminik ki, bu kimi təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz, inşallah!".





Açar sözlər : 

Yazılıb da (də)   2018 iyl 13  Saat  10   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin