Tarix : 2018 Jul 13
Kod 55826

Gürcüstanda yeni baş prokuror seçilib

Şalva Tadumadze Gürcüstanın baş prokuroru seçilib.

Arannews-APA-nın yerli bürosunun məlumatına görə, onun bu vəzifəyə namizədliyi Gürcüstanın Ədliyyə Nazirliyinin prokurorlar şurası tərəfindən dəstəklənib.
Ş. Tadumadze hökumət administrasiyasının rəhbəri olub. Onu baş prokuror vəzifəsinə parlament təsdiq etməlidir.
Baş prokuror vəzifəsinə Şalva Şavqulidze və Nino Qoqniaşvili də namizəd olub. Ş. Şavqulidze prokurorlar şurasının gizli səsverməsindən öncə namizədliyini geri götürüb.
Qeyd edək ki, Gürcüstanın sabiq baş prokuroru İrakli Şotadze bu ilin mayın 31-də istefa verib. İstefaya səbəb ötən ilin dekabrında paytaxtda iki yeniyetmənin qətli ilə bağlı Tbilisi şəhər məhkəməsinin qəbul etdiyi qərarın yaratdığı böyük narazılıq olub.


  • Yazılıb
  • da (də) 2018 Jul 13
  • Göndərən مدير سايت Aran News