Tarix : 2018 Jul 14
Kod 55833

Əfqan Sadıqovun apellyasiya şikayəti təmin olunmayıb

Bakı Apellyasiya Məhkəməsi (BAM) cümə günü Azel.tv saytının redaktoru Əfqan Sadıqovun 30 günlük inzibati həbsindən verilmiş şikayəti təmin etməyib. İclas jurnalistin özünün iştirakı ilə keçirilib.

Arannews-Xatırladaq ki, Ə.Sadıqov iyulun 6-da Cəlilabad rayonun saxlanılıb. Növbəti gün Bakının Nərimanov rayon məhkəməsi onu inzibati hüquq pozuntularında - "kiçik xuliqanlıq" və "polisin qanuni tələblərinə tabe olmamaqda" təqsirli bilərək, 30 gün müddətinə həbs edib.Məhkəmənin qərarından şikayət verilib. Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Cavad Cavadov Ə.Sadıqovun iyulun 6-da günorta Cəlilabadda saxlanıldığına və elə həmin gün Bakıya, DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə gətirildiyinə diqqət çəkib.Yalnız iyulun 7-də həmin gün səhər onun küçədə söyüş söydüyü sənədləşdirilib.Cavadov jurnalistin anasının və həyat yoldaşının şahid qismində məhkəməyə dəvət edilməsi, mobil telefon nömrəsinin yeri haqqında məlumatları tələb etmək barədə vəsatət qaldırıb.Bundan başqa, müdafiə tərəfi BMCMİ əməkdaşlarının həmin gün həyata keçirdikləri əməliyyat haqqında məlumatların, Sadıqovun saxlanıldığı iddia olunan yerdəki videomüşahidə kameralarından görüntülərin tələb edilməsi haqqında vəsatət qaldırıb. Amma məhkəmə vəsatətlərin heç birini təmin etməyib.Jurnalist özü polisin iddialarını təkzib edərək, BMCMİ-də fiziki təzyiqə, işgəncələrə məruz qaldığını və etiraf ifadəsini imzalamaq məcburiyyətində qaldığını bildirib.Jurnalist deyib ki, heç bir hüquq pozuntusuna yol verməyib və o, Cəlilabadda anasının evində olarkən saxlanılıb. 

Turan

  • Yazılıb
  • da (də) 2018 Jul 14
  • Göndərən مدير سايت Aran News