Tarix : 2018 Jul 14
Kod 55838

Yəmən ordusu Ərəbistanın bir ədəd qırıcısını vurdu

Yəmən ordusu və xalq komitələri Ərəbistanın başçılıq etdiyi təcavükar koalisiya qüvvələrinə qarşı hərbi əməliyyatların davamında, ötən 24 saat ərzində 40-dan çox təcavüzkarın öldürüldüyünü bildirib.

Arannews-Yəmənli qüvvələr həmçinin, Ərəbistanın bir ədəd qırıcı təyyarəsini vurublar.

Səudiyyə-Amerikan koalisiyasının Yəmənə qarşı savaşdakı  uğursuzluqlarının davamında Ərəbistanın bir ədəd qırıcı təyyarəsi Yəmənin Sədə vilayətinə raket zərbələri endirdikdən sonra bazaya qayıdarkən vurularaq,  yerə salınıb.Ərəbistanın başçılıq etdiyi koalisiya bu qırıcının vurulduğunu etiraf edib.

Yəmən ordusu bu qırıcının hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirib.

“Allaha çox şükürlər olsun. Yəmən ordusunun Ərəbistanın bu qırıcısını vurması böyük uğur sayılır.”

“Ərəbistan qırıcıları hər gün Yəməni bombalayırlar. Onlar əsasən uşaqları və müdafiəsiz insanları hədəfə alırlar.”Həmçinin, Yəmən ordusunun raket bölməsi Nəcran məntəqəsində Ərəbistanın xüsusi qvardiya qüvvələrinin mövqeyini bir ədəd Zilzal-2 ballistik raketi ilə hədəfə alıb. Həmçinin, Əsir keçid məntəqəsində təcavüzkarlara aid 3 hərbi maşın raketlə vurularaq, məhv edilib.

“Yəmən ordusunun bundan sonrakı hücumları öncəkilərlə müqayisədə tam fərqli olacaq. Allahın köməkliyi ilə biz bu müharibədə qalib gələcəyik.”

Sənanın şərqində isə Yəmən ordusu və xalq komitələri Ərəbistanın tabeliyində olan muzdlu qüvvələrin sığınacaqlarına qarşı geniş əməliyyata başlayıblar. Bu əməliyyat çərçivəsində bir qrup təcavüzkar məhv edilib. Həmçinin,  yəmənli qüvvələr bu əməliyyat zamanı Ərəbistana bağlı təcavüzkar qüvvələrin ixtiyarında olan xeyli miqdarda hərbi təchizatı da yararsız hala salıblar. Yəmənin hərbi qaynaqları ötən 24 saat ərzində döyüş bölgələrində 40-dan çox təcavüzkar qüvvənin öldüyrüldüyünü elan ediblər.

  • Yazılıb
  • da (də) 2018 Jul 14
  • Göndərən مدير سايت Aran News