Tarix : 2018 Jul 15
Kod 55843

Paşinyan Mnatsakanyan-Məmmədyarov görüşünü irəliləyiş hesab etmir

Ermənistan baş naziri Nikol Paşinyan ER və Azərbaycan XİN başçılarının Brüssel görüşünü Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olunması nöqteyi-nəzərdən dönüş nöqtəsi hesab etmir.

Arannews-Görüş, əlaqə olub, mahiyyətcə mövzu ilə bağlı ilk əlaqə idi və ilk görüşdən nəticələr gözləmək doğru deyil. O, ünsiyyətin, tanışlığın olması nöqteyi-nəzərdən dəyərli idi", deyə o bildirib.Ümumilikdə Qarabağ nizamlanması haqqında danışan Paşinyan qeyd edib ki, tərəflərdən biri sülh yolu ilə nizamlanmaya hazırlaşmırsa, daim aqressiya nümayiş etdirirsə, müvafiq olaraq dialoq üçün mühit yoxdur və dünya ictimaiyyəti bunu nəzərə almalıdır. "Ermənistan da bu vəziyyəti nəzərə almalı və hadisələrin istənilən şəkildə inkişafına hazır olmalıdır", deyə o bildirib.Baş nazir həmçinin Azərbaycan prezidenti ilə görüş məsələsinin qaldırılmadığı barədə məlumat verib.Avropa İttifaqı ilə münasibətlərə toxunan Paşinyan Brüssellə münasibətlərin hazırki səviyyəsindən narazılığını bildirib.Beynəlxalq tərəfdaşlarımızın yardımı ilə bu islahatları daha tez həyata keçirə bilərik, amma dilənçi rolunda olmayacağıq, deyə baş nazir qeyd edib.NATO ilə münasibətlərə toxunan Paşinyan Ermənistanın Şimali Atlantik Alyansla əməkdaşlığı davam etdirməyə sadiqliyini qeyd edib. "Bu gün Ermənistan NATO-nun iki sülhməramlı missiyasında - Kosovo və Əfqanıstanda iştirak edir. Biz bu proqramlarda iştirakı davam etdirəcəyik. Növbəti proqramlar olarsa, biz onları ayrıca müzakirə edəcəyik. Olarsa deyirəm, çünki NATO-nun əməkdaşlığı genişlədirməkdə maraqlı olduğu fakt deyil. Biz istənilən əməkdaşlıq layihələrini Ermənistanın milli maraqları kontekstində müzakirə etməyə hazırıq", deyə Ermənistan baş naziri bildirib.Bu zaman o xatırladıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və özünü KTMT-nin gələcək tərkibində və onun təhlükəsizlik sistemində görür.O, həmçinin bildirib ki, Ermənistan bundan sonra da Rusiya ilə, həmçinin NATO, Qərb ölkələri, Avropa İttifaqı və ABŞ ilə müttəfiqlik münasibətlərini davam etdirəcək və inkişaf etdirəcək. "Biz xarici siyasətimizdə radikal dəyişikliklər etmək niyyətində deyilik", deyə o bildirib. 

Turan

  • Yazılıb
  • da (də) 2018 Jul 15
  • Göndərən مدير سايت Aran News