Tarix : 2018 Jul 19
Kod 55844

Azərbaycan xalqı müalicə üçün ilk olaraq İranı seçir

Ölkəmizin səhiyyə nazirinin Azərbaycan Respublikasına iki günlük səfərində dərman və müalicə sahələri fəallarının iştirakı qeyri-dövlət sektorlarının potensiallarına arxalanmaqla qonşu ölkələrlə yeni münasibətlər qurulacağını müjdə verir.

Arannews-Azərbaycan əhalisinin İranın tibbi xidmətinə və həkimlərinə güvənməsi, habelə İranın hazırladığı dərmanlara etimad göstərməsi tələb edir ki, İranın dövlət və özəl sektorları düzgün proqram hazırlamaqla bundan ümumi daxili məhsulun istehsalının artırılması və yeni iş yaradılması istiqamətində faydalansın.

İranın həkimləri, müalicə və dərman mərkəzləri ötən bir neçə ildə Azərbaycandan gəlmiş xəstələri qəbul etmək və onlara tibbi xidmət göstərməklə bu ölkə xalqının etimadını qazana bilmişdir. Neçə il boyunca zəhmət bahasına qazanılmış bu etimadı proqramsızlıqla əldən vermək olmaz.

Şərqi Azərbaycan əyaləti, Təbriz şəhəri, habelə Qərbi Azərbaycan əyaləti və Urmiya xəstəxanaları Azərbaycan və Naxçıvandan müalicə məqsədilə gələn turistlərin müraciət etdiyi şəhərlər olmuşdur. İyun ayının sonlarında İran və Naxçıvanın tibb sahəsində əməkdaşlığı çərçivəsində Naxçıvan və Urmiyanın yüksək ixtisaslı həkimlərindən ibarət bir qrup həkimin iştirakı ilə birgə seminar keçirildi.

Ölkəmizin səhiyyə nazirnin Bakıya səfəri çərçivəsindəki görüşlərdə Azərbaycanın prezidenti, iqtisadiyyat, səhiyyə və əhalinin sosial müdafiəsi nazirləri və digər dövlət rəsmiləri də İranın peşəkar həkimlərinin və tibb müəllimlərinin Azərbaycanda fəaliyyət göstərməsini istəyiblər. İlham Əliyev açıq-aşkar bildirib ki, İran həkimlərinin Azərbaycanda iştirakları və tibbi xidmət göstərmələri üçün heç bir maneə yoxdur.

İran, Azərbaycan əhalisinin xaricdə müalicə üçün seçdiyi ilk ölkədir. Bu səfərlər Azərbaycandan həm müalicə almaq məqsədilə gələnlərin yüksək səviyyədə müalicə alması, həm iranlı gənclər üçün iş yerlərinin açılması, həm də ölkəmizin iqtisadiyyatı üçün faydalı ola bilər.

Çətin xəstəliklərin müalicəsində İran həkimlərinin bacarığı, xəstəxanalarda tibbi xidmətin yüksək keyfiyyəti, müalicə xərclərinin az olması, yolun qısalığı, dil və mədəniyyət yaxınlığı şimal qonşumuzdan müalicə məqsədilə Təbriz, Ərdəbil, Tehran və digər şəhərlərə gələnlərin üstünlük verdikləri məsələlərdir.


  • Yazılıb
  • da (də) 2018 Jul 19
  • Göndərən مدير سايت Aran News