Tarix : 2018 Jul 15
Kod 55847

Putin: Netanyahu Dünya Kubokunu seyr etməyə gəlmişdi

Rusiya lideri Putin İsrail Baş naziri Netanyahunun İran və Suriyanı müzakirə etmək üçün deyil, Dünya Kubokunu seyr etmək üçün Rusiyaya gəldiyini açıqlayıb.

Arannews-İslamazeri.com xəbər verir ki, Rusiya lideri Putin İsrail Baş naziri Netanyahunun İran və Suriyanı müzakirə etmək üçün deyil, Dünya Kubokunu seyr etmək üçün Rusiyaya gəldiyini açıqlayıb.
Halbuki Netanyahu Rusiya səfərinin səbəbini, İranın Suriyadakı hərbi varlığını müzakirə etmək şəklində açıqlamışdı.
Putin Netanyahunu qəbulunda, bu məsələyə toxunmadan Tel-Əviv və Moskva münasibətlərini inkişaf etməkdə olan münasibət olaraq qiymətləndirib.
Müşahidəçilər Putinin bu açıqlamasını, sionist Baş nazirə rədd cavabı şəklində dəyərləndirib.
  • Yazılıb
  • da (də) 2018 Jul 15
  • Göndərən مدير سايت Aran News