Tarix : 2018 Jul 15
Kod 55848

Yəmən ordusu Səud ittifaqını balistik raketlə vurdu

Yəmən ordusu və xalq qüvvələri raket birliyi bir daha Səud ittifaqının Hudeydə liman şəhərində yerləşən mövqelərini balistik raketlə vurub.
Arannews-İslamazeri.com xəbər verir ki, "Ənsarullah" hərəkatı informasiya mərkəzi Yəmən ordusu və xalq qüvvələri raket birliyinin Səud ittifaqına bağlı milis güclərinin Hudeydədəki mövqelərini qısamənzilli balistik raketlə vurduğunu bildirib.
Yəmən ordusu və xalq qüvvələri raket birliyi çərşənbə axşamı günü də sözügedən milis güclərinin silah və maddi-texniki dəstək anbarlarını balistik raketlə vurmuşdu

  • Yazılıb
  • da (də) 2018 Jul 15
  • Göndərən مدير سايت Aran News