Tarix : 2018 Jul 15
Kod 55850

Seyid Əbdülməlik Əl-Husi: “ABŞ və İsrail rejimi İslam ümməti üzərində hakimiyyət qurmaq istəyir”

Yəmənin Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi iyulun 13-ü televiziya ilə çıxış edərək Amerika və İsrail rejiminin İslam ümmətini nəzarət altına almaq üçün təkcə hərbi yoldan istifadə etmədiyini bildirib.
Arannews-Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Ənsarullahın lideri çıxışının əvvəlində müstəmləkəçi qüvvələrə qarşı xalq hərəkatının ildönümünü anaraq, Amerika və İsrail rejiminin İslam ümməti üzərində hakimiyyət qurmaq üçün yalnız hərbi səylə kifayətlənməyib bir çox sahədə fəaliyyət göstərdiyini bildirib.
Əl-Husi daha sonra, düşmənin fitnələrinin ümmətin birlikdə hərəkət edib, məsuliyyətlərini yerinə yetirməsi ilə uğursuzluğa düçar edilməli olduğunu qeyd edərək, belə danışıb: “Düşmən hər zaman üzərimizdə hərbi hakimiyyət qurmaq üçün çalışır, çünki biz strateji bir regiondayıq. Düşmənlərimiz İslam ümmətini ixtilaf və münaqişələrlə məşğul etməklə bizim üzərimizdə hakimiyyət qurmağa çalışırlar”.
Seyid Əndülməlik, həmçinin düşmənin özlərini bazara və istehlakçı bir cəmiyyətə çevirməyə çalışdığını, işğalçı Səudiyyə rejimi koalisiyasının Yəmən üzərində hakimiyyət qurmağa və sərvətini Amerikaya təqdim etməyi qarşısına məqsəd qoyduğunu bildirib: “Amerika və İsrail rejimi cəmiyyətimizi fəsadın hər sahəyə hakim olduğu bir cəmiyyətə çevirmək istəyir. Səudiyyə rejimi ilə Birləşmiş Ərəb Əmirliklərinin İslamı, Amerika və İsrail rejiminə xidmət etməsi istəməsi nifaqın bir nümunəsidir.
Səudiyyə Ərəbistanı kimi ölkələr İslamın bayraqdarı olduğunu iddia etsələr də, Amerika və İsrail rejimi ilə dostluq qurmaları İslami çevdən çıxdıqlarını göstərir və onların bu hərəkətləri İslama ziddir.
Bir dünyagörüşü və tətbiqi təcrübə kimi Qurani-Kərimə müraciət etsək, bizi azmaqdan xilas edəcəkdir və İslam ümmətinin Amerikanın çox şaxəli hücumları qarşısında buna ehtiyacı var. Bizlər indi azadlığımızı almağa çalışan bir düşmənlə üzləşmişik. Allah Təala bizə cihad etməyimizi və bizə qarşı hiylə quran insanlarla mübarizə etməyimizi əmr edir”.Əl-Husi açıqlamalarının davamında bir daha işğalçı Səudiyyə rejimi və Amerikanın məqsədinin Yəməni hakimiyyətləri altına almaq olduğunu bildirib. O, Səudiyyə rejimi-Amerika-BƏƏ üçlüyünün Hudeydaya qarşı hücumuna toxunaraq, düşmənin Hudeydada sürətli bir müharibə aparmaq istədiyini, ancaq bunu edəndə Ənsarullahın gücünü unutduğunu qeyd edib.
“Düşmənimiz olan Səudiyyə Ərəbistanı, BƏƏ və Amerika Hudeyda limanından bizə heç bir raketinin çatmayacağını çox yaxşı bilir. Biz BMT nümayəndəsinin işlərini təsdiq etdik, ancaq müdaxiləçi Səudiyyə Ərəbistanı və BƏƏ əməkdaşlıqdan qaçır.
Biz üzərimizdə hakimiyyət qurmağa, bizi kölə etməyə və azadlığımızı əlimizdən almağa çalışan insanlarla mübarizə aparacağıq. Qərb sahili düşmənin boğulacağı mükəmməl bir yer olacaq”, - deyə Ənsarullah lideri bildirib.
  • Yazılıb
  • da (də) 2018 Jul 15
  • Göndərən مدير سايت Aran News