Tarix : 2018 Jul 16
Kod 55855

Suriya ordusu 7 il sonra Dərəada

Suriyanın rəsmi xəbər agentliyi SANA cümə günü verdiyi xəbərində Suriya ordusunun 7 ildən sonra Dərəa şəhərinə girdiyini bildirib.
Arannews-İslamazeri.com xəbər verir ki, SANA Suriya ordusunun Dərəa əyalətinin eyniadlı mərkəzi olan Dərəa şəhərinin terrorçular tərəfindən işğal edilmiş bölgəsinə girdiyini və Suriya bayrağını şəhərin baş meydanında dalğalandırdığını bildirib.
"Reuters" xəbər agentliyi də Suriya ordusunun Dərəa şəhərinə girdiyini bildirmişdi.
  • Yazılıb
  • da (də) 2018 Jul 16
  • Göndərən مدير سايت Aran News