Tarix : 2018 Jul 16
Kod 55856

İsrail hava müdafiəsi ikinci dəfə “Patriot” raketi atıb

Hər patriot raketi atmağın dəyəri isə 3 milyon dollar olaraq qeyd olunur.
Arannews-İslamazeri.com xəbər verir ki, yerli qaynaqlar İsrail hava müdafiəsinin Qolan səmalarında uçan bir PUA-nı vurmaq üçün patriot raketi atdığını bildirib.
Xəbərdə, İsrail hava müdafiəsinin iki patriot raketi atdığı, amma hədəfin nə olduğunun göstərilmədiyi qeyd edilib.
Ancaq daha sonra İsrail ordusu bir bəyanat verərək Qolan bölgəsində uçan bir PUA-nı hədəf aldıqlarını açıqlayıb.
Yerli qaynaqlar, bu hadisənin son günlər ikinci dəfə baş verdiyini, ancaq bu dəfə siqnal fiti səsi eşidilmədiyini və yalnız göydə bir hədəfin vurulduğunu göstərən tüstü göründüyünü bildirib.

Hər patriot raketi atmağın dəyəri isə 3 milyon dollar olaraq qeyd olunur.
  • Yazılıb
  • da (də) 2018 Jul 16
  • Göndərən مدير سايت Aran News