Tarix : 2018 Jul 16
Kod 55857

Erməni təxribatının qarşısı alınıb, 1 nəfər əsir götürülüb

İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Arannews-FaktXeber.com-un Müdafiz Nazirliyinin Mətbuat Xidmətinə istinadla verdiyi məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.

  • Yazılıb
  • da (də) 2018 Jul 16
  • Göndərən مدير سايت Aran News