Tarix : 2018 Jul 18
Kod 55859

Təhminə Milani Rusiya Film Festivalının münsifələr heyətinin sədri seçildi

İranlı rejissor Təhminə Milani Rusiyada keçiriləcək Səkkizinci Saxalin Beynəlxalq Film Festivalının münsifələr heyətinin sədri seçilib.

AranNews-in “İRNA”-ya istinadla verdiyi xəbərə görə, Saxalin Beynəlxalq Film Festivalının katibliyinin mətbuat bölməsi bildirib ki, Təhminə Milani səkkizinci festivalın münsiflər heyətinin sədri seçilib. Mətbuat bölməsi vurğulayıb ki, T. Milani İranın tanınmış qadın rejissorlarındandır və bir sıra beynəlxalq mükafatların sahibidir.

Festivalın digər münsifləri Cənubi Koreyadan senari müəllifi U Çun Mi, Rusiyadan aktrisa və aparıcı Mariya Şukşiyna, rusiyalı rejissorlar Aleksey German və Aleksey Puyuqrski olublar.

“TAS” informasiya mərkəzinin verdiyi məlumata görə, Saxalin Film Festivalı bu il avqustun 24-dən 30-dək Rusiyanın şərqində yerləşən Saxalin vilayətinin Yujno-Saxalinsk şəhərində keçiriləcək.

  • Yazılıb
  • da (də) 2018 Jul 18
  • Göndərən مدير سايت Aran News