Tarix : 2018 Jul 17
Kod 55861

İran-Azərbaycan R. ticarət mübadilələri həcmi iki milyard dollarədək artıb

İranın Azərbaycan Respublikasındakı səfiri Rəşt şəhərində iki ölkə arasındakı ticarət mübadilələri həcminin iki milyard dollarədək artmasından xəbər verib.

Arannews-Cənab Cahangirzadə dövlətin Gilan vilayətinin özəl sektoru ilə dialoq şurasının iclasında iki ölkə arasındakı əmtəə mal idxalatı və ixracatı miqdarına toxunub. O, deyib: Hazırda iki ölkə arasındakı ticarət mübadilələrinin miqdarı gömrüklər vasitəsilə 500 milyon dollara, neft ixracatı üzrə 350 milyon dollara və turizm sektorunda 400 milyon dollara şamil olur və biz əldə olunmuş razılıqlar əsasında bu miqdarı gələn ilədək iki milyard dollardan yuxarıya çatdırmağa çalışırıq.O, Qəzvin-Rəşt-Astara dəmiryolunun istifadəyə verilməsi və onun Azərbaycan Respublikası Astarasına qovuşmasını İrandan əmtəə mal tranzitinin artırılması üçün ən yaxşı fürsət adlandırıb və bildirib ki, iki ölkə rəsmiləri bu dəmiryolu xəttinin qovuşmasında ciddi-cəhd göstərirlər.Gilan valisi də bu iclasda İrandan Azərbaycan Respublikasına uzanan Astara-Astara dəmiryolunun açılmasına toxunaraq, deyib: Bu dəmiryolu xəttindən İki ay istifadə müddətində otuz min tondan çox əmtəə mal ixrac olunub. Cənab Salari bildirib ki, həmin müddətdə bu dəmiryolu xətti vasitəsilə 43 min ton əmtəə mal ölkəyə daxil olubdur. O, əlavə edib: Bu müddətdə əmtəə mal yüklənmiş 18 vaqon İranın Gilan vilayətindən Azərbaycan Respublikasına tranzit edilibdir.O, Astara dəmiryolu xəttinin yükboşaltma saytının açılması üçün dövlətin ciddi-cəhd göstərməsi vacibliyini vurğulayıb və belə əlavə edib: Bu saytın Astara xüsusi iqtisadi məntəqəsinə əlavə olunması ilə istehsal və məşğulluğun rövnəq tapması üçün həmin məntəqənin gömrük güzəştləri fürsətindən bəhrələnəcəyik.Gilan valisi həmçinin yaxın gələcəkdə Gilan vilayətindən əmtəə mal tranziti üçün yeni soyuducu məkanların, eləcə də yeni qablaşdırma və saxlama sənayesinin yaradılacağından xəbər verib.

  • Yazılıb
  • da (də) 2018 Jul 17
  • Göndərən مدير سايت Aran News