Tarix : 2018 Jul 17
Kod 55862

Ərdoğan və Tramp Suriyanı müzakirə etdi

Ərdoğan və Tramp Suriyanı müzakirə etdi

Arannews-Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp telefon danışığı həyata keçirib.

Telefon danışığında NATO zirvəsindəki məsələlərin əhəmiyyətinə toxunulub, Suriyadakı hadisələr haqqında fikir mübadiləsi aparılıb.

Ərdoğan və Tramp Munbic mövzusundakı ortaq yol xəritəsinin həyata keçirilməsinin Suriyada həlli üçün əməkdaşlığa mühüm töhfə verəcəyini vurğulayıb.


Liderlər ikitərəfli əməkdaşlığı hər sahədə daha da inkişaf etdirmək qətiyyətlərini diqqətə çatdırıblar.

  • Yazılıb
  • da (də) 2018 Jul 17
  • Göndərən مدير سايت Aran News