Tarix : 2018 Jul 19
Kod 55864

“Nar və ənar” filmi azəri dilinə tərcümə edildi

Azərbaycan Respublikası şiələrinin vəziyyətini araşdıran “Nar və ənar” filmi azəri türkcəsinə tərcümə edilib.

AranNews-in “Mehr”-ə istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikası şiələrinin vəziyyətini araşdıran “Nar və ənar” filmi azəri türkcəsinə tərcümə edilib. Heydər Bəni-Həmzənin rejissorluğu və Nasir Təhmasibin səsləndirməsi ilə hazırlanmış bu sənədli film Azərbaycan Respublikası ruhani və islamçılarının bu ölkədə, xüsusilə də Nardaran məntəqəsində məzlumluğunu çatdırır. Onlar hökumətin anti-İslam siyasətlərinə etiraz etdikləri üçün repressiyalara məruz qalırlar.“Nar və ənar” sənədli filmi ötən il səkkizinci “Əmmar” xalq film festivalında Tehranın Fələstin kinoteatrında iki hissədə nümayiş etdirildi və tamaşaçıların rəğbəti ilə qarşılandı.

  • Yazılıb
  • da (də) 2018 Jul 19
  • Göndərən مدير سايت Aran News