Tarix : 2018 Jul 17
Kod 55865

Paşinyanın Brüssel səfəri, Ermənistanın “Kreml və NATO” ikili siyasəti

Erməni siyasətçiləri Ermənistanın baş nazirinin Brüsselə səfərini çoxvektorlu kimi dəyərləndirdikləri halda rus analtiklər Moskvanın İrəvan qarşısında lazımi tədbirlərin görülməsinin vacibliyini vurğulayır.


AranNews-in “Təsnim”-ə istinadla verdiyi xəbərə görə, Nikol Paşinyanın Brüsselə səfəri və NATO-ya üzv ölkələrin iclasında iştirakından sonra bir sıra erməni ekspertləri belə düşünürlər ki, bu səfər İrəvan-NATO və İrəvan-AB münasibətlərini dərinləşdirəcək. Amma eyni zamanda İrəvan-Moskva münasibətlərində problemlərə səbəb ola bilər.“Ermənistan xəbərləri” saytının verdiyi xəbərə görə, “Modus Vivendi” Təhqiqat Mərkəzinin direktoru Ara Papayanın fikrincə, Paşinyanın Brüssel səfəri İravan dövləti üçün təhlükəsizlik sistemində alternativin yaranmasının mümkünlüyü baxımından çox mühüm addımdır.Onun fikrincə, yeni maliyyə ilinin başlanması ərəfəsində bu səfər Avropa Birliyinin Ermənistanla maliyyə və ticarət əlaqələrinə yenidən baxması və Ermənistanın iqtisadiyyatının tənzimləməsi məqsədilə İrəvana daha çox dotasiyaların ayrılması üçün imkan yaradır.Ermənistan xarici işlər nazirinin sabiq müavini Arman Navasardyan da Paşinyanın bu səfərini Ermənistanın çoxtərəfli diplomatiyasının qurulmasının başlanğıcı və İrəvanın xarici siyasətində yeni fəsil adlandırıb.Erməni siyasətçilərinin bu açıqlamaları ilə eyni zamanda Ermənistan-Rusiya münasibətləri tarixində ilk dəfə olaraq Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya səfərində Moskvada yaşayan ermənilərlə görüşündə ilk dəfə olaraq erməni dilində çıxış edib.Erməni dövlət xadiminin öz həmyerliləri arasında ermənicə danışması heç də qeyri-adi bir məsələ olmasa da, ruslar və ermənilər arasında siyasi ənənəyə diqqət etməklə, bu çıxış ermənilərin ruslara vəfadarlığına ağız əymək, Rusiyanın mərkəzində erməni millətçiliyinə təkid sayılır.Sarkisyanın hakimiyyəti dövründə bu kimi hərəkətlərin aqibətinə diqqət etməklə bunu təsəvvür etmək olmazdı. Bu, rusların heç cür göz yuma bilməyəcəyi bir hərəkətdir sayılır.Qarşılıqlı olaraq rusiyalı yazıçı və təhlilçi Zaxar Prilepin “Danışır Moskva” radiosuna verdiyi müsahibədə Ermənistan siyasətində mövcud dəyişikliklərlə bağlı açıqlamasında deyib: “Ermənistan artıq iqtisadi cəhətdən, ümumiyyətlə heç bir cəhətdən Rusiya üçün maraqlı deyil. Amma Rusiya hiss edir ki, Ermənistana diqqət etmək lazımdır.”Prilepin əlavə edib: “Hər halda Ermənistanda dövlət çevrilişi olub və bu situasiyada Rusiya hansısa qərar verməlidir. Postsovet məkanının bütün ölkələri, o cümlədən Ermənistan NATO-ya daxil olmaqla Rusiyanın nüfuzundan azad olmağa təlaş edirlər.”Belə nəzərə gəlir ki, ruslar gələn aylarda təzyiq vasitələrindən istifadə edərək Ermənistan hakimiyyətini mümkün qədər qərb çevrəsinə yaxınlaşmaqdan çəkindirməyə çalışacaqlar.Rusiya siyasətçiləri və parlament nümayəndələrinin Bakıya səfəri, Qarabağ cəbhəsinin ön xəttinə getmələri, Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi ilə bağlı çıxışları Moskvanın İrəvana təzyiqlər toplusunun ilk səhifəsi sayılır. Həmçinin bir neçə ay sonra İlham Əliyev və Paşinyan arasında Qarabağla bağlı görüş Paşinyana qarşı digər təzyiq meydanı hesab edilə bilər.



  • Yazılıb
  • da (də) 2018 Jul 17
  • Göndərən مدير سايت Aran News