Tarix : 2018 Jul 17
Kod 55866

Yəmən sərhədində dörd səud hərbçisi məhv edilib

Bu gün səhər tezdən Ərəbistanın cənub sərhədlərində Yəmənin ordusu və xalq komitələri qüvvələri ilə toqquşmada dörd səud hərbçisi məhv edilib.

Arannews-Yəmənin ordusu və xalq komitələri qüvvələri dünən də səud hərbçilərinin Ərəbistanın Cizan əyalətindəki mövqelərindən bir neçəsinin və dörd kəndin nəzarətini ələ ala bilblər.

Yəmənin hərbi mənbələri yəmənli qüvvələrin Cizandakı əməliyyatında bir qrup səud hərbçinin öldürülməsi, yaralanması və əsir alınmasından xəbər veriblər.

Yəmənin ordusu və xalq komitələri qüvvələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirə edilməsinə rəğmən, günbəgün artmaqdadır.

Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.

Səud rejimi və müttəfiqləri indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki hədəflərinə çata bilməyiblər.

  • Yazılıb
  • da (də) 2018 Jul 17
  • Göndərən مدير سايت Aran News