Tarix : 2018 Jul 17
Kod 55868

İrlandiyadan İsrailə satış və idxal boykotu

Sionist İsrail rejiminə Avropa Birliyi ölkəsi İrlandiyadan satış və idxal boykotu gəlib. İrlandiya Senatı işğal olunmuş Qərbi İordanda yəhudilər tərəfindən istehsal olunan məhsullara idxal və satışı qadağa edən qanun layihəsini qəbul edib.

Arannews-İslamazeri.com xəbər verir ki, İrlandiya Senatında 20-yə qarşı 25 səslə qəbul edilən qanun layihəsi parlamentin alt qanadının da razılığını alması halında qanuniləşəcək.
Layihənin qanuniləşməsi halında İrlandiya İsrail yaşayış məskənlərinə mal və xidmət qəbulu qadağasını gətirən ilk Avropa İttifaqı ölkəsi olacaq.
İrlandiya hökumətinin əleyhinə olduğu layihə bəzi bitərəf senatorların də dəstəyi ilə təsdiq olunub.
Layihəni hazırlayan bitərəf senator Françez Blək (Frances Black) "Əgər bəzi malların müharibə cinayətləri işlənərək istehsal edildiyindən əminiksə, bunların ticarətini etməməliyik" deyə danışıb.
Senator həmçinin, qanun layihəsində yer alan qadağanın, ədalət və insan haqlarına bağlı bir AB ölkəsi olmağın minimum şərti olduğunu vurğulayıb.

  • Yazılıb
  • da (də) 2018 Jul 17
  • Göndərən مدير سايت Aran News