Tarix : 2008 Jul 01
Kod 5587

Türkiyə xalqı: Ədalət və İnkişaf partiyası buraxılmasın

Rəy sorğusunun nəticələrinə əsasən Türkiyə xalqının yalnız 34 faizi iqtidardakı partiyanın buraxılmasını dəstəkləyir.
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyədə keçirilən rəy sorğusuna əsasən bu ölkə xalqının 53.3 faizi Ədalət və İnkişaf partiyasının buraxılmasına qarşıdır.

Milliyyət qəzetinin yazdığına görə, iyunun 14-15 günlərində keçirilmiş həmin rəy sorğusu respondentlərinin sayı 2403 nəfər olub. Rəy sorğusunun nəticələrinə əsasən Türkiyə xalqının yalnız 34 faizi iqtidardakı partiyanın buraxılmasını dəstəkləyir.
Rəy sorğusunu keçirənlərin qənaətincə Ədalət və İnkişf partiyasının reytingi güclənir və həmin partiyanın müxalifi olan Xalq Cümhuriyyət partiyası xalqın yalnız 12.7 faiz tərəfindən dəstəklənir.

  • Yazılıb
  • da (də) 2008 Jul 01