Tarix : 2018 Jul 18
Kod 55871

Erməni generallar Paşinyandan narazıdırlar - Repressiya dalğası

Ermənistan Müdafiə Nazirliyinin əksər generalları Nikol Paşinyan hökumətindən narazıdır.

Arannews-Modern.az xəbər verir ki, bu barədə ölkənin “Qrapark” qəzeti öz mənbələrinə istinadən yazır.Koçaryan və Sarkisyan dövründən orduda çalışan generallar yeni hökumətin nazirlikdə yoxlama aparmasına görə də narazı qalıblar. Onlar ordunun hədəfə çevrildiyini bildiriblər.Adı açıqlanmayan yüksək çinli zabit bu narahatlığı belə ifadə edib. “Bir generalımız həbsdədir, (Manvel Qriqoryan), 1 generalımız axtarışa verilib (Mikael Arzumanyan) və 1-i isə (Seyran Ohanyan) istintaqa ifadə verir. Bu bizim üçün qəbuledilməzdir”

  • Yazılıb
  • da (də) 2018 Jul 18
  • Göndərən مدير سايت Aran News