Tarix : 2018 Jul 18
Kod 55872

Bəhreyn rejimi qadın məhbuslara da işgəncə verir

Bəhreyndə ən böyük müxalifət təşkilatı olan Əl-Vifaq cəmiyyəti Ali Xəlifə rejiminin həbsxanalarda olan qadın məhbuslara qarşı intiqamçı siyasətlərini şiddətləndirməsi mövzusundakı narahatlıqlarını çatdırıb.
Arannews-Deyerler.org Bahrainalyoum-a istinadən xəbər verir ki, bəzi xəbər mənbələri İsa şəhərciyi həbsxanasında qadınlara qarşı intiqam siyasətinin şiddətləndiyini bildirib. Bu həbsxana üzrə məsulu Məryəm Əl-Berudlinin intiqam siyasətlərinin əsas səbəbkarı olduğu qeyd olunub.
Əl-Vifaq cəmiyyəti mövzu ilə bağlı belə qeyd edib: “Qadın məhbuslara qarşı intiqam aktları, yüksək səviyyədə pis rəftar və vəhşiliyə çatıb. Bu həbsxanada bəhreynli qadın dustaqların başına gələn bütün hadisələr bu rejimin bütün ərəb və İslam dəyərlərindən uzaq cinayətkar mahiyyətini göstərir. Bu siyasətlər Bəhreyn xalqını hakim rejimi devirməyə israr etməyə sürüklədi.
Sosial şəbəkə fəalları keçən həftə Bəhreyn qadınlarına birbaşa işgəncə etməsi səbəbindən “Cəllad Məryəm Bərudli” ünvanı ilə bir kampaniya başlayıblar.
  • Yazılıb
  • da (də) 2018 Jul 18
  • Göndərən مدير سايت Aran News