Tarix : 2018 Jul 18
Kod 55875

Xəzəryanı ölkələrin sammit iclası Qazaxıstanda keçiriləcək

5 xəzəryanı ölkənin rəhbərlərinin növbəti iclası 12 avqustda Qazaxıstanın Aktau şəhərində keçiriləcək.

Arannews-İRNA-nın verdiyi məlumata görə, İran , Rusiya, Azərbaycan Respublikası, Türkmənistan və Qazaxıstandan ibarət 5 xəzəryanı ölkənin hər biri bu iclasda iştiraka hazır olduğunu bildirib.Xəzəryanı ölkələrin 5-ci sammitində Xəzər dənizinin hüquqi statusunun təyin edilməsi konvensiyasının imzalanacağı gözlənilir.Xəzər dənizi ilə əlaqədar bütün məsələləri əhatə edən bu konvensiyanın hazırlanması xəzəryanı ölkələr arasında müzakirələrin əsas mövzusunu təşkil edir və bu məqsəd üçün 5 sahilyanı ölkənin nümayəndələrindən ibarət işçi qrupu fəaliyyət göstərməkdədir.İndiyədək xəzəryanı ölkələrin rəhbərlərinin 4, işçi qrupunun isə 51 iclası keçirilib.



  • Yazılıb
  • da (də) 2018 Jul 18
  • Göndərən مدير سايت Aran News