Tarix : 2018 Jul 19
Kod 55879

İran Prezidenti Livan Prezidentinə mesaj göndərdi

İran xarici işlər nazirinin müavini Hüseyn Cabiri Ənsari Prezident Ruhaninin mesajını Livan Prezidenti Mişel Auna təqdim edib.
Arannews-İslamazeri.com xəbər verir ki, Cabiri Ənsari bazar ertəsi günü Beyrutda Livan Prezidenti Aun ilə görüşüb.
Görüşdə Livan Prezidenti Aun ABŞ rəhbərliyinin İran ilə imzalanan nüvə müqaviləsindən çəkilməsinin region prosesləri və sabitliyi üzərində mənfi təsirləri olduğunu bildirib.
Cabiri Ənsarinin başçılıq etdiyi nümayəndə heyəti daha sonra da Livan parlamentinin sədri Nəbih Bərri ilə görüşüb.

  • Yazılıb
  • da (də) 2018 Jul 19
  • Göndərən مدير سايت Aran News