Tarix : 2018 Jul 20
Kod 55884

XİN sözçüsü xarici jurnalistləri Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb

“Xarici jurnalistlər Azərbaycanın qanunlarına və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar”.

Arannews-APA-nın yerli bürosunun məlumatına görə, bunu Azərbaycan-R Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Tbilisidə keçirilən 15-ci “Cənubi Qafqaz media konfransı”nda çıxışı zamanı deyib.

O bildirib ki, bəzi xarici jurnalistlər münaqişə zonalarında qanunsuz fəaliyyətə yol verirlər: “Azərbaycan beynəlxalq medianın hüquqlarını tanıyır. Lakin bəzi xarici jurnalistlər Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfərlər edirlər. Biz xarici media nümayəndələrini Azərbaycanın qanunları və akkreditasiya qaydalarına hörmətlə yanaşmağa çağırırıq”.


  • Yazılıb
  • da (də) 2018 Jul 20
  • Göndərən مدير سايت Aran News