İraqın Milli Koalisiyasının sədri Seyid Əmmar Əl-Həkim problemlərin real həllinin milli çoxluq hökumətinin qurulmasında olduğunu qeyd edərək, hökumətin qurulması prosesinin sürətləndirilməsinin vacib olduğunu bildirib.Shafaqna
Arannews-Seyid Əmmar Əl-Həkim İraqın siyasi qruplarının liderlərinin iştirakı ilə keçirilən iclasda belə bir açıqlama ilə çıxış edib.Həkim bildirib ki, milli çoxluq hökumətinin ən mühüm xüsusiyyətlərindən biri xalqın son mitinqlərdə səsləndirdiyi tələbləri əsasında vətəndaşlara lazım olan xidmətlər təqdim edilməldir və əlavə olaraq vurğuladı ki, etirazçıların qanuni tələbləri ən qısa müddətdə yerinə yetirilməlidir.Milli Koalisiyasının lideri, həmçinin dövlət malına hücum edən opportunist faktorlara da xəbərdarlıq edərək, etirazçıların yalnız öz tələblərini dilə gətirməli və vandallara qoşulmaqdan çəkinməli olduğunu bildirib.
Bu arada, İraqın tanınmış politoloqlarından olan Mənaf Əl-Musəvi, İraqda son vaxtlar keçirilən aksiyalarda məqsədin yeni hökumətin qurulması üçün siyasi koalisiyaların birləşməsini çətinləşdirmək olduğunu deyib.
Musəvi İraqda xidmət sektorundakı problemlərinin köhnə bir problem olduğunu söyləyib